Главная » 2011 » İYUN » 26
Azərbaycan regionlarında psixoloqa müraciət edənlərin sayı "yox" dərəcəsində olsa da, Bakıda artıq əhalinin 35-40 faizi psixoloqlara üz tutaraq onlardan lazımi məsləhətlər alır. Azərbaycan Praktik Psixoloqlar Assosiasiyasının prezidenti Elmira Mirzəyevanın sözlərinə görə insanlar hələ də psixoloq və psixiatr arasındakı fərqi başa düşə bilmirlər. Psixoloqa sağlam insanlar onları narahat edən hansısa problemlə bağlı müraciət edir, psixoloq isə onlara yalnız məsləhət verir. Psixiatra isə xəstələr müraciət edir. Psixiatr xəstələrin müalicəsində dərmanlardan istifadə edir.

Psixoloq Azərbaycanda gənc nəslin psixoloji durumu ilə bağlı bəzi problemlərin olduğunu da istisna etməyib. O, belə hesab edir ki, uşaqların yeniyetməlik dövründə baş verən intiharlar, evdən qaçmalar valideynin övladına qoyduğu qadağaların və işlətdiyi məişət zorakılığının nəticəsidir. Buna görə də valideynlərin tibbi, psixoloji baxımdan maa ... DAVAMI »
Просмотров: 1891 | Добавил: DUYGU | Дата: 26.06.2011 | Комментарии (10)

koqnitiv dissonans nəzəriyyəsi (cognitive dissonance theory) psixologiya nəzəriyyəsidir. Amerika psixoloqu Leon Festinger tərəfindən 1957-ci ildə təklif olunmuşdur.


Bu nəzəriyyəyə görə şəxs iki, bir birinə əks pozisiyanın və ya dərk edərək (cognition - koqnisiya) qəbul etdiyi ideyanın təsiri altındadırsa bu onda psixoloji gərginlik yaradır. Başqa sözlə, insan bir işi istəməyərək, şüurlu surətdə bu hərəkətlə razılaşmayaraq görürsə və ya istəyərək gördüyü işin doğru olmadığını bilirsə bu, onu narahat edir. Məsələn, nikotinin sağlamlığa zərər vurduğunu bilə bilə siqaret çəkmək, köklüyə meylli adamın, çəkisini artıracağını bildiyi halda çox yeməsi, şəxsin, imtahana hazırlaşmayacağı təqdirdə kəsiləcəyini bildiyi halda kənar, əyləncəli işlərə daha cox həvəs göstərməsi.


Sadalanan hallarda insanın düzgün hesab etdiyi baxışla (pozisiya) onun hərəkəti və ya istəyi arasında u ... DAVAMI »
Просмотров: 2296 | Добавил: DUYGU | Дата: 26.06.2011 | Комментарии (3)

20-ci əsrin 60-cı illərində bir qrup amerikan psixoloqu, tanınmış amerikan psixoloqu Abraham Maslounun rəhbərliyi ilə, psixoanaliz və biheviorizmə alternativ olan həyataqabil bir nəzəriyyə yaratmağı qarşısına məqsəd qoydu. Müəyyən mənada ekzissensial fəlsəfəyə əsaslanan bu yeni cərəyan, adı çəkilən hər iki psixoloji cərəyandan fərqli olaraq, insanın taleyinin hansısa irrasional həvəslərdən və ya ətraf dünyanın dəyişkənliklərindən asılı olmayıb, tam şəkildə insanın öz ağlı və düşüncəsindən asılı olduğunu iddia edirdi.


«Humanist psixologiya» adlandırılan bu yeni cərəyana görə, insanı fəaliyyətə, onun daxilində mövcud olan müxtəlif növlü tələbatlar vadar edir. Lakin insan bu tələbatları ödəmək yollarını seçməkdə azaddır. Başqa sözlə, insan «seçim azadlığı»na malikdir və məqsədin həyatakeçmə vasitələrini, mexanizmini seçmək məqamında o iradi bir məxluqa çevrilir, təbiətin diqtəsindən kənara çıxır. A.Maslou insanda adi bioloji tələbatlardan əlavə, h ... DAVAMI »
Просмотров: 1835 | Добавил: DUYGU | Дата: 26.06.2011 | Комментарии (0)