Главная » 2011 » DEKABR » 13

Fəlsəfə imtahanı


Maraqlı xarakteri və aşağı qiymət verməsi ilə tələbələri arasında xüsusi bir «nüfuza» sahib olan fəlsəfə müəllimi, imtahan günü tələbələrə, əvvəl kağız və qələmlərini hazırlamalarını söylədi, sonra da stulu qaldırıb masanın üzərinə qoydu. Sonra:
"İmtahan sualını soruşuram" dedi. «Bu stulun var olmadığını isbat edin. »
Fəlsəfə müəllimi, imtahan kağızlarını oxuduqdan sonra, bu mövzudakı şöhrətinə kölgə salacağını bilməsinə baxmayaraq, həyatında ilk dəfə bir tələbəsinə ən yüksək qiyməti vermək məcburiyyətində qaldı.
Tələbənin imtahan kağızında təkcə bu iki söz var idi:
«Hansı stulun?»
Просмотров: 1452 | Добавил: DUYGU | Дата: 13.12.2011 | Комментарии (2)

1. Temperament haqqında anlayış.
2. Temperament haqqında təlimlər tarixindən.
3. Temperamentin xassələri və tipləri.


1-ci sual. Temperament sözünün latın dilində hərfi tərcüməsi «hisslərin lazımi qarşılıqlı nisbəti» deməkdir.Yunan həkimi Hippokrat (V-IV əsr) tətbiq etmişdir. Temperament dedikdə o insanın həm fərdi anatomik-fizioloji, həm də psixoloji xüsusiyyətlərini nəzərdə tutmuşdur. Temperament tiplərinə Hippokratın verdiyi sanqvinik, xolerik, fleqmatik və melanxolik adları müasir psixologiya indi də işlənilməkdədir.
Temperament psixi fəaliyyətin dinamik xarakteristikası kimi təzahür edir. Psixi fəaliyyətin və ya davranışın dinamik xarakteristikası çoxcəhətlidir. Onun xüsusiyyətlərini təhlil etmək üçün sürət, temp (tezlik dərəcəsi), ritm, intensivlik, plastiklik, dözümlülük və s. kimi müxtəlif anlayışlardan istifadə olunur.
İnsanlar psixi fəaliyyətin din ... DAVAMI »
Просмотров: 2748 | Добавил: DUYGU | Дата: 13.12.2011 | Комментарии (0)

TEMPERAMENTİN TİPLƏRİ-Psixoloqlar insanı daha yaxından tanımaq üçün ilk növbədə onun hansı temperament tipinə mənsub olduğunu aydınlaşdırmağı məsləhət görürlər.Bir sözlə insanın xarakterini,xasiyyətini,onun hansı temperamentə malik olmasını müəyyənləşdirirlər.Temperament sözünün latıncadan tərcüməsi «hisslərin lazımı qarşılıqlı nisbəti» deməkdir.Temperament insana irsən xas olan davamlı xüsusiyyətlər toplusudur.Temperamentin formalaşmasına ətraf mühit, həyat tərzi,tərbiyə ciddi təsir göstərir.Xüsusən də uşaq və yeniyetməlik çağlarında bu təsirə daha çox məruz qalırıq.
Psixoloqların fikrincə 4 temperament tipi var:sanqvinik,xolerik,fleqmatik,melanxolik.

Sanqvinik


Bu tipə aid insanlar zirək və diribaş olurlar.Həmişə hara isə tələsirlər,gedirlər, gəlirlər.Oturaq iş onlarlıq deyil.Ətrafda olan heç nə onların diqqətindən kənarda qalmır.Hər şeyə maraq göstərirlər,və onların maraq obyektləri tez-tez dəyişir.Psixoloqların təbirincə desək san ... DAVAMI »
Просмотров: 2023 | Добавил: DUYGU | Дата: 13.12.2011 | Комментарии (4)

Bir kişi Həzrəti Əlinin (ə) yanına gəlib dedi: " Mən yeddiyüz fərsəx yol gəlmişəm ki, Sizdən 7 sual soruşum.”
Həzrət Əli (ə) buyurdu: "Buyur soruş”. Həmin kişi soruşdu: 1. Səmadan daha böyük olan nədir? Həzrət (ə) buyurdu: "Günahsıza yalan bağlamaq”
2. Yerdən daha böyük olan nədir? Həzrət (ə) buyurdu: " Haqq yerdən daha genişdir.”
3. Oddan daha isti olan nədir? Həzrət (ə) buyurdu: " Hərislik oddanda daha istidir.”
4. Buzdanda daha soyuq olan nədir? Həzrət (ə) buyurdu: " Paxıl adamın yanına hacət aparmaq buzdanda daha soyuqdur.”
5. Dəryadan daha ğəni olan nədir? Həzrət (ə) buyurdu: " Qane olan insan dəryadan daha ğənidir.
6. Daşdan daha möhkəm olan nədir? Həzrət (ə) buyurdu: " Kafirin ürəyi daşdan daha möhkəmdir.”
7. Yetimdən daha zəif olan nədir? Həzrət (ə) buyurdu: " Söz gəzdirən yetimdən daha zəif və daha artıq biçarədi
r
Просмотров: 1690 | Добавил: DUYGU | Дата: 13.12.2011 | Комментарии (7)