Главная » 2011 » DEKABR » 20
Bu gecə yenə için-için yanıram. Oturub səni düşünüb ağlayıram. Səni, gedişini, sevməyini, hər şeyini. Unutmur səni bu yaralı qəlbim. Etdiklərini xatırlayıb peşman olur. Səni düşünürəm bu gecə, qaranlıq göy üzündə parlayan ulduzları seyr edirəm.Səni düşünürəm bu gecə, məni sevdiyini, mənə necə baxdığını, mənə necə güldüyünü, əllərimi necə tutduğunu, əllərini necə tutduğumu. Yüksələn bir atəş kimi sevgimizin necə çoxaldığını və bir gün anidən buraxıb getdiyini, son vidanı xatırlayıram. Gözlərimə ağlarcasına baxdığını, gözlərini qəlbimə basdırdığımı xatırlayıram. Bir daha çıxmasın deyə. Onsuzda çıxa bilmədilər qəlbimdən gözlərin. Ölülər dirilirlər ki, basdırılanlar çıxsın getsin? Getdin son bir vida ilə gözü yaşlı, əlimdə sərin, arxandan dəqiqələrcə baxdım ağlamaqlı, sıxıldım, üzüldüm,amma ağlamadım. Ağlaya bilmədim əngəl oldu qürurum, əngəl oldu sevgim. Uzaqlara getdin, bəlkə bir daha əsla dönməmək üzrə gözlədim səni dəl ... DAVAMI »
Просмотров: 1205 | Добавил: DUYGU | Дата: 20.12.2011 | Комментарии (7)