Главная » 2016 » İYUL » 19 » Atanın uşaq psixologiyasında yeri
15:53
Atanın uşaq psixologiyasında yeri

Bu mövzu çox geniş və dərindir.Mən qısaca yazacam.Əvvəla hər şey istənilən və planlı hamiləlikdən başlanmalıdır.Ana bətnindəki uşaq həm ana ,həm ata tərəfindən istənildiyini hiss etməlidir.Hamiləlik müddəti (9 ay ) uşaq ana bətnində olur onun bütün ühtiyaclarını ana ödəyir lakin hər şey bununla bitmir.Axşam evə gələn ata ananın qarnını oxşamalı körpəsi ilə az da olsa söhbətləşməlidir.

 Çox təəssüf ki bizim cəmiyyətdə atalar atalıq vəzifələrini bir uşaq planlarkən bir də uşaq böyüdükdə onun maddi baxımdan təmin etməklə bitdiklərini zənn edirlər.Halbuki atanın uşaq psixologiyasında yeri çox dərindir.Gərək psixoloji,gərək zehni,gərək şəxsiyyətin formalaşmasında,gərək cinsi inkişafında gərək məktəb müvəfəqiyyətində və gələcək həyatında atalıq modelində ( oğlanlarda) ,kişilərə qarşı münasibətində ( qızlarda) əvəzedilməz rolu vardır.

 Doğum sonrası ata da ana qədər olmasa da müəyyən qədər körpənin ehtiyaclarını ödəməkdə kömək etməlidir.Ən azında körpə ağlarkən onu sakitləşdirmək,qazını cıxartmaq və s.Bu zaman siz həm körpənizin fiziki ,həm psixoloji ehtiyacını ödəmiş olursunuz müəyyən qədər.Lakin təəssüf ki cəmiyyətimizdə hər şey atılır ananın boynuna və bucür kişilər çox zaman normal qəbul olunmur.Bizim cəmiyyət üçün ata avtoritar olmalıdır,nə qədər sərt və duyğusuz olsa bir o qədər yaxşı qəbul olunur.Və ya hansı ata öz atası tərəfindən avtoritar rejimdə böyüyübsə o da həddindən artıq yumşaq davranır uşaqla.Önəmli olan orta nöqtəni tapa bilməkdir.Əgər ailədə bir tərəf həddindən artıq sərt digəri həddindən artıq yumşaqdırsa uşaq iki tirəli böyüyəcək və özünə xeyir edən tərəfə əyiləcək.Bu zaman ana atanın mövqeyi mütləq üst üstə düşməlidir."Mən atayam ailə başçısıyam və ya mən də belə böyümüşəm" düşüncəsi ilə hərəkət etmək yanlışdır.Hər şey ölçüsündə olmalıdır bəzən ailələr uşaqları ağlayan kimi başına pərvanə olub hər istəyini yerinə yetirirlər.Bu zaman uşaq ağlamağı silah olaraq istifadə etmiş olur.Və ya həddindən artıq sərt dissiplinli ailələr Əsla qoyulan qaydaları çeynəməyən ,nə olur olsun uşağa da çeynətməyən ailələrlə rastlaşmaq olur.Yuxarıda qeyd etdiyim kimi hər şey qərərində necə ki yeməyin inqriyentlərini lazımı miqdarda,lazımı zamanda töküb,lazımı temperaturda bişirib dadlı yemək əldə ediriksə ocür də uşaqlarımıza lazımı zamanda sərt reaksiya lazımı zamanda sevgi göstərməliyik.

 Atalarımızın ən çox etdiyi səhvlər-

Atalar təəssüf ki analar qədər səbrli deyillər uşaq səhv etdiyi zaman problem tez həll olsun deyə ya tez güzəştə gedirlər ya da həddindən artıq sərt reaksiya verirlər.

Uşaqla hakim-dustaq rollarını oynamayın,həddindən artıq sərt,avtoritar ata uşaqla sanki dustaqı ilə danışırmış kimi danışıb onu sorğu-sual edir

Daha çox oğul ataları -uşaq həyətdə,bağçada və ya məktəbdə olan hər hansı mübahisəni,dava-dalaşı səmimiyyətlə gəlib evdə danışdığı zaman (əgər məğlub tərəfdirsə) ata tərəfindən alçaldılır,təhqir olunur hətta şiddətə məruz qalınıb təkrar hadisə yerinə göndərilib" get döy gəl döyülsən mən də döyəcəm deyən " atalarımız var.Əmin olun ki,sizin uşaq əvvəlkindəndən də özgüvənsiz,şəxsiyyəti zədələnmiş,qorxaq və yalançı olaraq sizə geri dönəcək və böyük ehtimalla ya sizə bir daha öz mübahisələrini danışmayacaq ya da yalan danışaraq "mən döydüm " deyəcək.

Uşaq qorxularından ataları vasitəsi ilə qurtulur.Təəssüf ki bunu da atalarımız anlamır əgər evldı nədənsə qorxubsa başlayır onu və hisslərini ələ salıb gülməyə ki "burda qorxulu nə var ki ,sən lap ürəksizsənmiş" və s.və ya bir başa qorxularının üstünə aparırlar.

Kişi heçnədən qorxmaz,kişi ağlamaz düşüncəli atalarımız da çoxdur

"Mən atayam mən böyüyəm mənim dediklərim olmalıdır".Uşağın qərarları,fikirləri nəzərə alınmır.

Əgər biz yaxşı evlad yetişdirmək istəyiriksə əvvəlcə yaxşı model olmalıyıq ...

Просмотров: 157 | Добавил: DUYGU | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]