Главная » 2015 » APREL » 5 » Bahar Depressiyası
13:25
Bahar Depressiyası

Duyğularımızın mövsümi pozğunluğu kimi tanıdığımız elmi adı (Seasonal affective disorder = SAD) olan Bahar depressiyasıdır.Hər il eyni vaxtda yüngül formada başlayaraq daha sonra güclü depressiya formasını alan bu xəstəliyin ilkin əlamətləri aşağıdakılardır:

Yuxusuzluq

Əsəbilik

İştahsızlıq

Çəki itirmək

Agitasiya

Cinsi istəksizlik

Və s.

Əgər sizdə də bu əlamətlər başlayıbsa diqqətli olun,çünki bəzən bu halların normal olduğunu düşünən insanlar irəlidə ciddi depressiya ilə üzləşə bilərlər.Yuxarıda qeyd etdiyimiz psixoloji əlamətlətin arxasında bioloji faktorlar dayanır.Mövsüm dəyişgənliyi ilə əlaqədar Orqanizmdə hormon balansının pozulması baş verir-seratonin azalır melatonin artır.Təbii olaraq yuxusuzluq yaranır,yuxusuzluqdan əsəbilik ,istahsızlıq və çəki azalması.Bunlar hamısı bir biri ilə möhkəm bağlıdır.

Bu hallar insanlarda get gedə həyatdan zövq almama,Əvvəl sevdikləri məşğuliyyətlərini artıq sevməmə,Diqqət və konsentrasiya pozğunluğu,yorğun ,bitgin,enerjisiz,Səbirsiz,emosianal olmağa sövq edər.Hətta get-gedə içə qapanmış ,hamıdan uzaqlaşan fərd intihar belə edə biləcək həddə çatır.Bahar depressiyasına daha çox günəş işığından uzaqda olan ölkələr yəni xəritədə ekvatordan uzaqda olan ölkələrin düşmə halları müşahidə olunur.Araşdırmalar müəyyən edir ki,digər depressiya növlərində olduğu kimi bahar depressiyasında da kişilərə nisbətdə qadınlar daha çox əziyyət çəkirlər.

 Bu problemə ciddi yanaşılmazsa get gedə assosiallaşma,iş yerində və məktəbdə uğursuzluqlar,agressiya,zərərli vərdişlərə qurşanma hətta intihara belə gətirib çıxarda bilir.

Psixoloq Gülnarə Əliyeva.

Просмотров: 570 | Добавил: DUYGU | Рейтинг: 4.3/3
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]