Главная » 2015 » OKTYABR » 2 » HIPERAKTİVLİKMİ?DƏCƏLLİKMİ?
13:10
HIPERAKTİVLİKMİ?DƏCƏLLİKMİ?

                                       Hiperaktivlik yoxsa Dəcəllik?
HIperaktivlik nədir?Nədən yaranır?Kimlərdə olur?Müalicə olunmalıdırmı?
    Son zamanlar bu sözü tez tez eşidirik-Hiperaktivlik.Bəzən mənasını anlamadan valideynlər öz uşaqlarına bu diaqnozu qoyurlar,bəzən isə hiperaktiv uşaqların valideynləri bu halı normal hesab edir"Bunun atası da belə idi", "Əşşi biz də uşaq vaxtı bucur olmuşuq" deyib keçişdirirlər.Burda önəmli məqam uşağınızın həqiqətən hiperaktiv olub olmadığını dəqiqləşdirib ona uyğun hərəkət etməkdir.
 Hiperaktivliyin haradan necə qaynaqlandığını dəqiq araşdırıb orataya qoyan yoxdur amma versiyalar var ki genetikdir,beyinin bəzi bölgələrinin fərqli fəaliyyəti ilə bağlı,ətraf mühütlə  və s bağlı ola biləcəyi ehtimalları var.Amma bir gerçəyi qəbul etmək gərərkir ki hiperaktivlik əvvəlki dövrlərə görə daha çox yayılıb.
 Hiperaktivlik təkcə çox hərəkətli olmaq demək deyil.Hiperaktivlik özü ilə diqqət əksikliyi gətirir,ani reaksiyalar özünü kontrol etməmək və s.Uşaq dediyin dəcəl olar hərəkətli olar deyə bir fikir var.Düzdür-hərəkətli uşaqdan yox sakit uşaqdan qorxmaq lazımdır.Lakin hər şeyin həddi var Bir uşaq ki dolabların içində gəzə,stul yerinə stolda otura,divan kresloların başında gəzə,heç bir oyuncaqla oynamaya daim axtarışda ola.Bucur uşaqların valideyni olmaq çox çətindir heç işiniz bitməz çünki daim evi təmizləmək və daim axtarışda olan uşağınızın suallarını cavablandırmaq məcburiyyətindəsiniz.Bunlar xoşdur gözəldir dözmək olar .Bir də digər tərəfdən baxın məsələyə-hiperaktiv uşaqlar doyumsuzdurlar maraqları sabit deyil heç bir oyuncağı 4 dəqiqədən çox oynatmazlar ,daima yeni bir şeylər almaq düzəltmək gərəkir onların diqqətini çəkmək üçün,dolabları açarkən özlərinə zərər yetirə bilərlər,kəsici alətlərə ayrıca maraqları var,bağçada tərbiyəçilər üçün dözülməz, arzuolunmaz uşaq olurlar.Çünki onlar üçün müəllimənin ona öyrətdiyi yox özünün kəşfləri maraqlıdır-girişgən,qorxmazdılar.Elə bu səbəbdəndir ki hiperaktiv uşaqların bəzənində uşaqlığa aid izləri çox olur.
 Məktəbdə parta arxasinda 45 dəqiqə tərpənmədən oturmaq onlar üçün işgəncədir ,çünki uşaqlıqdan qapalı məkanları,bir yerdə dayanmağı sevməzlər hətta 3 dəqiqə qucaqda durmazlar.Digər uşaqlar yaş yarımınacan uşaq arabasında gəzərkən onlar 8 ayından ordan düşmək addımlamaq istəyərlər.Körpəlikdə də bucür uşaqlar az yuxu yatarlar,nə istədiyi bilinməz daima mız mızlanarlar.
  Daima təhlükədədirlər çünki "etmə,olmaz" sözləri onlara çatmır.Qayda qanun disiplin onlara görə deyil.Bu səbəbdən məktəbdə uğur qazana bilmirlər ev tapşırıqlarına laqeyddirlər.Sərbəst şəkildə dərs oxumazlar-başlarının üstündə mütləq biriləri olmalıdır.Əks halda fikirləri tez yayınır.Nəticədə hiperaktivlik uşağın öyrənmə davrama performansını minimuma endirir.
Həyatının İrəliləyən zamanlarda da fəsadlar yaradır bu hal.Səbrsizdirlər necəki körpəlikdə 2 dəqiqə güvəcdə otura bilmirlər ocür də böyüyəndə test tapşırıqlarını səbrlə edə bilmirlər.Bəzən sualı sonacan oxumağa səbrləri çatmadığı üçün bəzənsə variantarın hamısını oxumadıqları üçün ən sadə,bildikləri sualları səhv cavablandırarlar.Elə buna görə sizdən xahişim uşaqlarınızı yaxşı tanıyın dəcəldir deyib keçməyin onlara haqsızlıq etmiş olarsınız.Gələcəkdə böyüyüb səbrsiz ,düşünmədən ani hərəkət edən,səhvlərinə cavab verə bilməyən,dostları tərəfindən istənməyən bir şəxsiyyət formalaşdırmamaq üçün maariflənmək gərəkir.Bu uşaqlarla necə davranmalı öyrənməliyik yanlız biz analar deyil nənələr babalar qohumlar bağça tərbiyyəçiləri məktən müəllimələri-hamımız.
Hiperaktiv uşaqlara səbr göstərmək  çox çətindir ona görədir ki bu cür uşaqlar istər psixoloji istərsə də fiziki şiddətə məruz qalırlar.Əvvəla səbrli olmaq gərəkir digər hallarda ən effektiv üsul dərman müalicəsidir lakin bununla yanaşı psixoloji təlim şərtdir.

Psixoloq:Gülnarə Əliyeva

Просмотров: 744 | Добавил: DUYGU | Рейтинг: 1.5/2
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]