Главная » 2011 » DEKABR » 20 » Naməlumun ömür nəğmələrindən-Səndən sonra sevməyəcəm
00:34
Naməlumun ömür nəğmələrindən-Səndən sonra sevməyəcəm
Bu gecə yenə için-için yanıram. Oturub səni düşünüb ağlayıram. Səni, gedişini, sevməyini, hər şeyini. Unutmur səni bu yaralı qəlbim. Etdiklərini xatırlayıb peşman olur. Səni düşünürəm bu gecə, qaranlıq göy üzündə parlayan ulduzları seyr edirəm.Səni düşünürəm bu gecə, məni sevdiyini, mənə necə baxdığını, mənə necə güldüyünü, əllərimi necə tutduğunu, əllərini necə tutduğumu. Yüksələn bir atəş kimi sevgimizin necə çoxaldığını və bir gün anidən buraxıb getdiyini, son vidanı xatırlayıram. Gözlərimə ağlarcasına baxdığını, gözlərini qəlbimə basdırdığımı xatırlayıram. Bir daha çıxmasın deyə. Onsuzda çıxa bilmədilər qəlbimdən gözlərin. Ölülər dirilirlər ki, basdırılanlar çıxsın getsin? Getdin son bir vida ilə gözü yaşlı, əlimdə sərin, arxandan dəqiqələrcə baxdım ağlamaqlı, sıxıldım, üzüldüm,amma ağlamadım. Ağlaya bilmədim əngəl oldu qürurum, əngəl oldu sevgim. Uzaqlara getdin, bəlkə bir daha əsla dönməmək üzrə gözlədim səni dəlilər kimi, hələ də gözləyirəm... Daim səni xəyal edib, daim səni düşündüm. Səsini eşitdikcə yaşayar, eşitmədikcə ölürdüm. Sevdiyini ən sevincli günündə öldürdün və arxana baxmadan getdin. Məni özümlə baş-başa buraxdın. Yıxıldım, üzüldüm səndən ayrılanda. Qaldım çarəsiz, sevgisiz və bir də sənsiz... Onsuzda həmişə sənsiz idim, amma indiki kimi deyil. Dağılmış bir qəlbə sahib oldunmu sən heç? Parça-parça edilmiş, sökük və viranə, bir o qədərdə vəfasız. Əvvəllər üzüldüm, amma heç vaxt ağlamadım, gəldi keçdi deyib, səni də gözlərin kimi qəlbimə basdırdım. Unutdum dedim, unudacağam dedim, unuda bilmədim, unutmaram dedim. Əvvəl gözlərin sonra sən çıxdın qəlbimdən. Bir vicdan əzabı başladı ölü ürəyimdə, qəlbimdə heç bir şey qalmadı səndən başqa. Xatirələrin, gözlərin və sözlərin. Şerlərini gətirdilər mənə, məni öldürən şerlərini. Vəfasız dediyini eşitdim, yıxıldım, səni düşündüm gecələrcə, daim tək başıma. Sənin üçün yandım, səni sevdim, səni xatırladım hər yerdə. Günlərcə bir gün səsini eşitmək ümidi ilə telefon zəngini gözlədim. Telefon çalmayıb həsrət qalınca ağladım-ağladım. Sənə etdiklərimi ancaq o zaman anladım.Bəzən xəyala gedirəm, səni düşünürəm, ağlayıram, səni və sevgini axtarıram qəlbimdə. Düşmür adın heç dilimdən. Gülüm öləcəyəm bir gün mən sənin sevgindən, sənin dərdindən. Bəlkə də bir gün görəcəyəm səni. Sən məni unutmuş, mənim olmayan səni. Elə o an yenə bir kənarda oturub ağlayacağam. And içdim sənin üstündən başqasını sevməyim deyə. Və hər zaman, hər yerdə təkrarlayıram. Səni unutmaq üçün öldürsələr belə, qarşılıq olaraq dünyanı versələr belə, dar ağacı qurub edam etsələr belə səndən başqasını əsla sevməyəcəyəm...
Просмотров: 1206 | Добавил: DUYGU | Рейтинг: 5.0/1
Всего комментариев: 7
7 derya  
0
bu qeder sevdiyin adam sene layiq olsaydi, bu qeder sevilmeye layiq olsaydi. indi yaninda olardi, sene goz yawi qoymaq evezine olanlari silerdi. bulari elemirsa demeli deymez. hec bi oglannan otru deymez. bu heyat hamiya bir defe verilir ve bu dunya fanidi, geldi gederdi onemli olan o bir dunaydi, ona gorede bow ver. ve turkler demiw yeni awklara yelken ac biggrin

6 muellime  
0
heyatdida bezen insanin uzu gulur bezen yox

5 DUYGU  
0
Nu size ozel mesaj var sehifeni obnavit edin yuxaridaki mektub sekline daxil olun

1 aynus  
1
Xebersiz geldin,doydun ureyimin qapisini.O qeder seni sevdim ki,ele baglandim ki sene,senden basqa her seye lal,kar kor oldum.

2 DUYGU  
0
SALAM Aynus xanim necesiz yeni isiniz necedi?belke bir gun siz de oz hekayenizi yazmaq qerarina geldiniz amma heleki susmaqa ustunluy verirsiz smile

3 Nur  
0
Deyirem bacican heyf bizim saf sevgimizden ki onu layiq olmayana veririk.

4 DUYGU  
0
Insallah layiq olana da verersiniz bir gun smile

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]