Главная » 2016 » YANVAR » 4 » QADIN OLMAQ
14:49
QADIN OLMAQ

                                                                QADIN OLMAQ

 

Yazımın adı sizi çaşdırmasın bugün yazacağım mövzu qadın olmaq yox QADIN OLA BİLMƏKlə əlaqəlidir.Çünki anatomik cəhətdən qadın olmağı artıq əks cinsin nümayəndələri də bacarır.Mən sizə Qadın ola bilmək ana ola bilmək haqqında yazacam.Düşündüm bu mövzu haqqında baş yordum və qərara gəldim ki Qadın olmaq mükəmməllik sənətidir əslində...Qadın olmaq doğuşdan haqsızlığı mənimsəməkdir.Bərabərsizliyə öyrənmək və bunu qızımıza da təbliğ etməkdir.Mənim yadıma gəlmir ki hər hansı kişi pasient Ailəsi üçün psixoloqa müraciət etsin.Yaxşı haqsızlıq etməyək bəlkə də edən olacaq ancaq inanmıram ki O qadın kimi çabalasın göz yaşı töksün,depressiyaya düşşün.

  Günümüzün qadınları da işləmək məcburiyyətindədirlər saat 6 tamamda evə daxil olan cütlüklər arasındakı fərq--Qadın tələsil libasını dəyişir qaçır mətbəxtə, axşam yeməyini hazır etməyə çalışır.Bu arada uşaqlar məktəbdə başlarına gələn hadisələri danışır arada sual verir,arada ana sual verir ,divanda oturan kişi yüksək səslə "yemək ne oldu??? 3 saatdır neynirsən heç olmasa çay gətir!."

Qadın dodağının altda nə qədər söylənsə də əlində çayı sakitcə gətirib həyat yoldaşının qarşısına qoyur.

Yeməkdən sonra TV qarşısında 2 nəfərin oturmağına baxmayaraq qarşı tərəfin istəyi ilə futbol ,xəbərlər və s proqramlara baxılır.Moda,serial kanalları izlənmir.Qadın qalxır qablarını yuyur ,evlərini təmizləyir,uşağın dərsləri ilə maraqlanır,paltarını ütüləyir,sabaha nə bişirəcəyini düşünə düşünə yuxuya getməyə hazırlaşır ki,həyat yoldaşının nəfəsini boynunda hiss edir-yerine yetirməli olduqu son borcu yadına düşür...

  Qadın olmaq həm gözəl olmaq ,həm baxımlı olmaq,Həm təmiz olmaq həm də xanim xatin olmaqdır.

Qadın olmaq çox danışmaq,dır-dır etmək deyil,gözəl olmağı bacardığın kimi ağıllı olmağı da bacarmaq az amma öz danışmağı bacarmaqdır.

Qadın olmaq oturuşunu ,duruşunu bilmək,mədəni olmaqdır.

Qadın olmaq səhvsiz olmaq deməkdir-çünki bizdə səhvlər bağışlanmır.

Qadın olmaq en son trendləri bildiyin kimi həyat yoldaşının şalvarının,köynəyinin ölçüsünü də bilməkdir.

Qadın olmaq hansı ətrin,dodaq boyasının necəyə olduğunu bildiyin kimi kartofun,soğanın neçəyə olduğunu bilməkdir.

Qadın olmaq özəl günlərdə bahalı hədiyyələr gözləmək deyil,diqqət və sadə öpüşlə kifayətlənməkdir.

Qadın olmaq usağına,həyat yoldaşına yeni paltarlar alıb gəldikdən sonra öz paltarlarının söküyünü yamamaqdır.

Qadın olmaq öz zövqlərindən əl çəkib evdə uşağın ərin sevdiyi yeməkləri bişirməkdir.

Qadın olmaq yemək bişirmək deyil ,dadlı və müxtəlif reseptlər bilməkdir.

Qadın olmaq uşaq dünyaya gətirmək onu böyütmək,ona tərbiyə etmək demək deyil,ata öz yanlış hərəkətini uşaqda görəndə "Böyütdüyün uşaq budur" deyəndə sakitcə dayanmaqdır.

Qadın olmaq kişinin pullu vaxtında maşınında başqa qadınlar oturanda ,onlara bahalı ətirlər alanda susmaq ,kasıbçılıqda ona dəstək olmaqdır.

Qadın olmaq abırlı ,həyalı ,ağıllı,ağır,ağbirçək,Ailəcanlı ola bilməkdir.

Qadın olmaq əlifbada Z hərfində olan bütün gözəl sifətləri özündə birləşdirməkdir-Zərif,zərafətli,zirək,zəhmətsevər,ziyalı və s.

Qadın olmaq Ana olmaq demək Ana olmaq mükəmməl olmaq deməkdir!

Qadın hörmət etdiyi kimi hörmət görməlidir.Sadiq olduğu kimi sədaqət görməlidir.Fədakar olduğu kimi fədakarlıq görməlidir.

Qadına hörmət edin ,çünki o bəşəriyyətin anasıdır demis Hz Eli

Qadın dəyərlidir.Qadın Allahın kişilərə əmanətidir onlara sahib çıxın,əl üstündə tutun.Qadın dəyərli olmasaydı Quranda Nisa surəsi -Qadın surəsi nazil olmazdı.Qadın Allah üçün dəyərli olmasaydı-Qadının axan hər damla göz yaşı üçün hesab sorulmazdı qiyamətdə.

Qadın haqqında məşhurların da bir çox fikirləri var.Önəmli olan qadını anlamaq,duymaq ,hiss etmək və Özünüzün tamamlayıcınəz kimi görməkdir.

Qadınlar,siz də özünüzə dəyər verin bizsiz dünya ,bizsiz bəsəriyyət,bizsiz ailə qavramı yoxdur.Yazını oxuduqdan sonra gedin bir fincan çay gətirin ,ayaqlarınızı uzaqın və özünüzə dincəlməyə vaxt verin.)))

Psixoloq:Gülnarə Əliyeva

Просмотров: 446 | Добавил: DUYGU | Рейтинг: 4.7/3
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]