Главная » 2016 » İYUN » 28 » Selektiv abortar
12:58
Selektiv abortar

 Selektiv abort -seçici abort deməkdir.Qadının bilə istəyə hamiləliyinin sonlandırmasıdır,daha  dəqiq desək cinsiyyət seçimi ilə bağlıdır.Təəssüflə deməliyəm ki,bu seçim demək olar ki çox vaxt qız uşaqlarının tələf olması ilə nəticələnir.Mən abortun qadin orqanizmasına necə təsir etdiyi barədə demək istəməzdim,bu barədə həkimlərimiz daha yaxşı bilər.Mən qızı olduğunu öyrənən ananın və atanın ,aborta gedən qadının və abort sonrası qadının psixologiyası barədə düşüncələrimi paylaşmaq istərdim.

Biz dönüb keçmişə baxsaq ta qədimdən qız uşaqlarının istənmədiyini görərik.Bu barədə hətta Qurani-Kərimdə də ayələr var.Qadın qorunmağa möhtac,qadın nəslin namusu və s kimi düşüncələr olduğu üçün ( təəssüf ki əsrlər keçməsinə baxmayaraq bu düşüncə sahibləri hələ də var) qadına sahib çıxmaq məsuliyyətindən qaçmaq üçün doğulan qız uşaqlarını diri diri torpağa basdırırdılar.Zamanla elmin texnalogiyanın inkişafı nəticəsində (ultrasəs müayinəsinin kəşfindən sonra) bu proses daha da tezləşdi.Yəni cinsiyyət ana bətnində məlum olduğu an valideynlər hamiləliyin sonlanmasına qərar verə bilirlər.Bu barədə Milli Məclisdə müzakirələr oldu səhv etmirəmsə yekun qərar verilmədi.Yəni verilə bilmədi,bəziləri qadının seçmə haqqı olduğunu bildirdi,bəziləri isə artıq həyəcan təbili çalınması olduğunu,çünki,respublikamızda yaxın bir neçə il ərzində qadın-kişi balansının pozulması gözlənilir.Artıq Çin və Hindistan bu vəziyyətə çatmışdırlar.Hər 2 və ya 3 oğlana 1 qızın düşməsi nə deməkdir biz bu barədə düşünməliyik.Allah-Təala əvvəl kişini yaratdı sonra kişi tək qalmasın deyə qadını.Bunu etiraf etmək lazımdır ki,qadının kişiyə kişinin isə qadına ehtiyacı vardır-həm bioloji həm mənəvi baxımdan.Bu istək qarşılanmadığı zaman daha çox kişilərdə aqressiyaya səbəb olur.Bizi gözləyən iki cür tablo var-ya oğlanlar arasında qadın davaları artacaq,qız qaçırtmalar,şiddət,cinayət,təcavüz halları çoxalacaq,ya da oğlanlarımız xarici qızlarla ailə həyatı quracaqlar.Bu iki haldan biri mütləqdir.

Bunların yaşanmaması üçün qadağalar və ya qaydaların tətbiqini düzgün hesab etmirəm.Çünki insan bir şeyə qərar veribsə onu gizlində və ya aşkarda,rüşvətlə,qanunsuz şəkildə də edəcəkdir.Məncə maariflənmə aparılmalıdır,yuxarı sinif şagirdlərindən başlayaraq,ali təhsil ocaqlarında da davam etdirilməlidir.Burda bir haşiyə çıxmaq istəyirəm maariflənmə çox vaxt qadınlar,qızlar arasında aparılır.Bunu heç doğru hesab etmirəm.Nəzərə alsaq ki,abortları çox zaman kişilər xanımlara məcbur etdirir bu halda maariflənmə hər iki tərəflə aparılmalıdır.Bundan başqa yeni ailə qurmuş gənclərə qadın məsləhətxanalarında planlı hamiləlik,hamiləlikdən qorunmağın yolları haqqında müəyyən informasiyalar verilməlidir.

Selektiv abort sonrası çox vaxt psixoloqa müraciət olunmur.Qadın buna ehtiyac duymur.Çünki hamiləlik bilə istəyə sonlandırılmışdır.Əksinə qadında rahatlama,boynundan yük qalması kimi duyğular yaranmağa başlayır.Bəzən yüngül peşmanlıq,utanc,məyusluq ola bilir lakin qadın bunu müdaxiləsiz şəkildə özündən uzaqlaşdıra bilir.Bəzi araşdırmalar abort sonrası qadınlarda klinik depresiyasın olduğu barədə fikir bildirirlər,lakin bu mübahisəlidir.Post-abort dediyimiz bu sindrom adətən istədiyimiz hamiləliyin sonlanması zamanı müşahidə olunur.

 Məncə uşaq ana bətninə düşdüyü an artıq o qadın anadır.Ana yanlız uşaq dünyaya gəldikdən sonra olunmur.Biz hamilə olduğumuzu bildiyimiz halda sağlamlığımıza ,istirahətimizə ,həyat tərzimizə bir az daha məsuliyyətli yanaşırıq-bətnimizdəki uşağı qorumaq üçün.Qadın aybaşısının gecikdiyi zaman şübhələrə düşür və həkimə müraciət edir.O zaman artıq ən azı 3 həftəlik hamiləlikdir və uşağın döyünən bir ürəyi vardır deməkdir…

Sonda demək istəyirəm ki,əslində hər şey insanın öz içində başlayır-vicdanından.Vicdanlı,imanlı insan sizcə cinayət törədə bilər?Özü də vəhşicəsinə!Mən buna yanlız bir halda haqq verirəm-əgər ananın həyatı təhlükədədirsə,seçim qarşısında qaldiysaq o zaman abort olar.Digər hallarda bu sadəcə cahillik,cinayət və vicdansızlıqdı.Özünü qadın hesab edən qadın anlamalıdır ki,qadın olmaq həyat bəxş etmək deməkdir bu heç bir varlığa verilməyən yanlız bizə verilən bir lütfdür.

Просмотров: 110 | Добавил: DUYGU | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]