Главная » 2012 » MART » 20 » Uşağım məni evdən çıxmağa qoymur deyən analar-məqalə sizin üçündür
15:18
Uşağım məni evdən çıxmağa qoymur deyən analar-məqalə sizin üçündür

İşləyən ananın, yalnız uşağı ilə deyil, onu təslim etdikləri ilə də təsirli bir ünsiyyət içində olması lazımdır. İşləyən bir ananın, hər an uşağının yanında olması mümkün deyil. Uşağını bir başqasına əmanət etmək məcburiyyətindədir. Başqa sözlə uşağına baxmaqla öhdəçilikli adam ilə yaxşı bir dialog içində olması şərtdir.


 Ana evdən ayrılarkən mütləq uşaqla vədalaşmalı, ağlamasına mane olmaq üçün evdən səssizcə ayrılmamalıdır.(Çoxlarımızın etdiyi səhv davranış) Ayrılarkən uşağa bir obyekt buraxmalı və bu obyektin yalnız ikisi arasında, başqalarının ələ keçirə bilməyəcəyi xüsusiyyətdə olduğunu hiss etdirməlidir. Bu obyekt ananın bir şarfı, bir oyuncaq, bir gün parkda birlikdə tapdıqları bir çınqıl daşı ola bilər. Ana evdən ayrılarkən, bu obyekti uşağa bir sirr verər kimi verməli. Özü gələnə qədər onu saxlamasını istəməlidir. Ana evə gəldiyində ilk iş o obyekti soruşmaq olmalıdır. Bunun üçün uşağın dilinin ananın ondan gözlədiklərini anlayacaq şəkildə kafi olması lazım deyil.
Просмотров: 1110 | Добавил: DUYGU | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]