Главная » 2012 » MART » 27 » Uşaq Psixologiyası-Davranışlar.
12:36
Uşaq Psixologiyası-Davranışlar.

 Uşaq beyni ilk 2 yaşda saniyədə 30 000 qeydiyyat apara bilmə bacarığına malikdir.Gördüyü ,eşitdiyi  hətta hiss etdiyi hər şeyi lentə alırmış kimi özündə -beynində həkk edir.Ertəsi gün eyni hərəkəti etdiyi zaman biz təəccüb içərisində oluruq görəsən uşaq bunu hardan öyrənir.Daha çox ilk 3 yaşına qədər uşağın dünyasında ana və mən alqısı olduğu üçün demək olar ki hər şeyi anasından öyrənir.Yemək,içmək,danışıq tərzi,səs tonu,yeriş,inadlaşmaq,yalan danışmaq ağlınıza gələcək hər şeyi eynən olduğu kimi kopyalayır və daha sonra tətbiq edir.Hətta ananın qorxularını belə.Ən çox diqqət çəkmək istədiyim nöqtə də elə burasıdır.Əgər ana şimşəkdən qorxursa bilinsin ki,uşaqda da  bu fobiya formalaşacaq.Əgər heyvanlardan diksinirsə uşaq da böyük ehtimalla diksinəcək.Bunlara davranış pozğunluqlarını da əlavə etmək lazımdır.Əlbətdə hər şeyi anaların üzərinə yıxmaq olmaz.Uşaq yalan danışdıqı zaman ana çaşıb qalır.And aman edir ki mən yalan danışmamışam uşaq kimdən öyrənə bilər?Yaxşı sualdır.Gəlin həmin ailənin gün rejiminə nəzər salaq.

  Ata işə gecikir.Atanın iş yoldaşı zəng edib ki Fariz hardadı?Fariz arvadına dedizdirirki –denən çıxıb artıq yoldadır.Halbuki ata evdədir.Yalanı uşağa öyrətmək üçün birbaşa ona demək lazım gəlmir kiməsə danişmağınız kifayətdir ki uşağınız buna vərdiş etsin.Yalan danışılan anda çevrilib uşağa baxsanız görəcəksiniz öz aləmində oyun prosesindədir.Lakin unutmayın uşaq həmişə gizli kamera kimi sizi çəkir.Bəs uşağıma yalanı və ya hansısa pis vərdişi necə unutdura və ya dəyişdirə bilərəm.Bu haqda uzun danışmaq lazımdır.Amma qısacası ilk öncə o davranışı özünüzdə dəyişdirin.Uşağınızı qarşınıza qoyub uzun uzadi yalan danışmağın fəsadlarından danışmaq boş bir zaman itkisidir.Evladınıza başa salmaq istədiyiniz şeyləri oyun prosesində öyrədin.Hətta özünüzdən qısa hekayələr qurub vəziyyəti daha da rəngləndirə bilərsiniz.

Psixoloq Vəliyeva.

Просмотров: 1028 | Добавил: DUYGU | Рейтинг: 4.0/2
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]