Главная » 2018 » MART » 30 » Uşaqlarda öyrənmə metodları
23:21
Uşaqlarda öyrənmə metodları

UŞAQLARDA ÖYRƏNMƏ METODLARI


Öyrənə bilməyən uşaq yoxdur.Hər bir uşaq istənilən materialı öyrənə bilər əgər valideyn uşaöğının öyrənmə dilini kəşf edibsə...
Bəzən uşaqlarımız digər uşaqlardan geri qalır.Dərslərinə həvəslə yanaşmır.Öyrənməkdə çətinlik çəkir.Uşaqların əksəriyyəti dərsdə müəlliməni rahat dinləyib mənimsəyə bilir amma bəzi uşaqlarda bu alınmır.Valideyn ümidsizliyə düşür ki,mənim uşağım səviyyəcə digər uşaqlardan geri qalır.Əslində belə deyil.Əqli cəhətdən digər uşaqlarla eynidirsə deməli istənilən materialı mənimsəyə bilər,yetər ki,onun öyrənmə metodunu bilin.Beləliklə,3 cür öyrənmə metodu 0vardır.Bu yazını oxuyaraq siz də evladınızın öyrənmə metodunu tapın və təhsilinə ocür dəstək olun.İrəliləyən zamanda faydalarını görəcəksiniz.
 1. Görərək öyrənmə metodu
 Bu metodda görərək,oxuyaraq,nəzər yetirərək öyrənmə metodudur.Vizual tablolar,rəngli bloglar,müxtəlif rəngli kompazisiyalar görərək öyrənmə metoduna daha çox xitab edir.
  Bu metodla öyrənən insanları bədən dillərindən də seçə bilərik.Bir şey düşünən zaman yuxarı baxarlar.Geyim və xarici görünüşlərinə diqqət edərlər.Dağınıq mühitləri sevməzlər.
İbtidai sinif uşaqlarında da buçür davranışları görmək mümkündür.Çantaları səliqəlidir,dərs oxuyan zaman ortalığı  dağıtmazlar.
 Görərək öyrənən uşaqlar aşağıdakılara diqqət etsələr daha müvəfəqiyyətli olacaqlar.
Dərs zamanı qeydlər götürmək.Bu onlara keçdikləri dərsi hafizələrində daha  yaxşı qalmağa kömək edəcək.
Lazımlı bildikləri bölmələri rəngli qələmlərlə işarələdikdə daha rahat öyrənirlər.
Bir məsələni həll edərkən ,həll mərhələləri haqqında qeyd tuta bilərlər.Bu sayədə kəşf etdikləri metodları da qalıcı olaraq yadlarında saxlaya bilərlər.
Müxtəlif simbollar ,smayllar,şəkillər və qrafiklərdən istifadə edərək daha tez öyrənə bilərlər.
 2 Eşidərək öyrənmə metodu
Dinləyərək,mübahisə edərək və tez-tez ünsiyyətdə olaraq öyrənilən bir öyrənmə metodudur.Seminarlar,səs yazmalar,musiqi  və s. kimi məşğuliyyətlər bu metoda daxil olan insanlara daha çox xitab edir.
Bu metodu mənimsəmiş insanların aşağıdakı xüsusiyyətləri vardır.
 Onlar görmə metoduna yatqın insanlara nəzərən daha sosialdırlar.Tək dərs oxumağı çox sevmirlər.Dərs oxuyan zaman yanında kiminsə olmağını istəyərlər.Söhbət etməkdən və mübahisə etməkdən həzz alırlar.Bir şey düşünəndə nə yuxarı nə aşağı baxarlar.Bu uşaqlar söhbət zamanı əsasən göz qulaq nahiyəsinə baxarlar
Eşidərək öyrənən uşaqlar aşağıdakılara diqqət etsələr daha müvəfəqiyyətli olacaqlar.
Bu uşaqlar özlərinə  müşayət edəcək dostla dərs oxusalar daha effektli olar.
Oxuma və dinləmə prosesində səs yazması edib daha sonra dinləsələr daha yaxşı öyrənərlər.
Səsli oxuma metodu bu qrup uşaqlarda daha verimli olur.
önəmli başlıqları və bölmələri daha yüksəs səs tonu ilə oxusalar hafizələrində daha yaxşı qalar.
Dərslərini bir dəfə yüksəs tonda oxuyub səslərini yazsalar daha sonra tıkrar -təkrar dinləsələr daha tez öyrənmiş olacaqlar
3. Toxunaraq öyrənmə metodu (Kinestetik)
Tətbiq edərək,toxunaraq və ya birbaşa prosesin içərisinə daxil olaraq öyrənən uşaqlar  bu qrupa daxildirlər.Təcrübələr,avadanlıqlar,lahiyələr kinestetik uşaqlara daha çox xitab edən öyrənmə formalarıdır.Bu uşaqların xüsisiyyətləri:Enerjiləri heç itmir ,daima hərəkətdədirlər.Hiperaktiv uşaqları bu qrupa daxil etmək olar.Kinestetik uşaqların enerjiləri doğru istiqamətə yönəlməzsə bu uşaqlar problemli uşaqlar olaraq görülə bilərlər.Onlar daim bir işlə məşğul olmalıdırlar.
 Kinestetik uşaqlar üçün effektiv dərs öyrənmə metodları
Normal şərtlər altında şagirdlərin stol arxasında səliqəli və nizamlı dərs oxumaları tələb olunursa,bu uşaqlarda əksinə biraz sərbəstlik verilməlidir.
Hərəkət etmədən dura bilmədikləri üçün öyrənmə zamanı hərəkətdə olmaqlarına imkan vermək lazımdır.Misal üçün öyrənməli olduğu bir mətni hoppanıb düşərək öyrənməyə icazə verilməlidir.
Gəzərək,toxunaraq,bir başa prosesə daxil edərək öyrənmələri təmin edilməidir.
Bir işlə məşğul olarkən kişçik əşyalarla oynamağı sevdikləri üçün,öyrədici materiyallarla (plastilin və ya pazl) dəstəklənmələrində fayda var.
Bol- bol təcrübə etməyə təhrik edilərlərsə və imkan verilərsə bu usaqlarolduqca yaxşı öyrənirlər.
Kinestetiklerdə çox vaxt diqqət əksikliyi olduğu üçün diqqət oyunları oynamaqda fayda var.

Uşağınızın öyrənmə metodunu müəyyənləşdirməyin ən vacib yolu onu nə qədər yaxşı tanımağınızdır.
Onun güclü və zəif tərəflərini, vərdişlərini və meyllərini tanımaq öyrənmə metodunu müəyyənləşdirmək daha asandır. Əziz valideynlər uşaqlarınızın hansı hallarda və vəziyyətlərdə daha effektiv məlumatlar əldə etdiyini müşahidə etsəniz, uşağınızın tanınması və anlaşılması üçün vacib bir addım atacaqsınız.
Öyrənmə metodu uşaqdan uşağa dəyişdiyindən, valideyn olaraq seçdiyiniz effektiv üsul digər  evladınız üçün effektiv olmaya bilər. Ona görə uşağınızı olduğu kimi qəbul edin və sevin.
Öyrənmə metodu nə olur olsun uşağınıza problemi həll etməyi və daha çox məktəbəqədər yaş dövrü üçün düşünmə qabiliyyətini dəstəkləyir,övgüvi artırır bunlar isə onun gələcək fəaliyyətini dəstəkləyir.
Məktəbəqədər dövrdən oyun və oyuncaqların seçilməsində müxtəlif bacarıqları dəstəkləyən seçimlər etmək və bir sahəyə investisiya qoymaq üçün uşağınıza görkəmli, səsli, toxunmalı oyuncaqlar alın və onların bilik bacarıqlarını inkişaf etdirin bu çox vacibdir. Eyni məlumatları həm şifahi, həm də görməli şəkildə təqdim edərsəniz, uşağınıza daha asan öyrənməyə kömək edə bilərsiniz.
Onunla oyun oynayaraq, fəaliyyətlərdə iştirak etmək və onu müxtəlif öyrənmə metodları ilə tanış etmək, dünyaya kəşf etməyə kömək edir.

Psixoloq -pedaqoq Gulnare Eliyeva

Просмотров: 671 | Добавил: DUYGU | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]