16:35 Ailə İnsan kimidir. | |
Ailəni kiçik cəmiyyət adlandırırıq.Əslində ailə bir insan deməkdir.Uşaqlığı-yeniyetməliyi-cavanlığı və qocalığı olan bir insan.Hər ailənin təcrübəsizliyi-uşaqlığı,yeniyetməliyi-egoların qarşıdurması,mənəm mənəmlik,cavanlığı-düşüncəsizcə səhvlər,qocalığı-ahıl dövrü,sədaqət,şəfqət dövrü olur.Əlbət də hər ailə bu dövrlərin hamısını yaşaya bilmir.Bəzən uşaqlıq,cavanlıqda yaşananlar erkən boşanmalara səbəb olur və ailələr güzəştə getməyi bacarmadıqları üçün,bir birlərinə zaman vermədikləri üçün cavanlığın bəhrəsini qocalıqda yeyə bilmirlər.Halbuki bəlkə də biraz dözə bilsək… Ailə insan kimidir dedik.Bəs insan həmişəmi sağlam olur?Ya da sağlam olmaq üçün nələr edir?Hansı qidalardan istifadə edir?Ailələr də xəstələnə bilir insanlar kimi-bax həmin vaxt professional yardım almaları şərtdir.Çünki yardım almasalar problemləri keçişdirsələr yuxarıda sadaladığımız dövrləri doya doya yaşaya bilməyəcəklər.Yaşlılıqda KAŞ Kİ deməmək üçün vaxtında problemlərinizin üstünə düşün və təcrübəli insanlardan yardım alın. Müəllif:Psixoloq Gülnarə Vəliyeva | |
|
Всего комментариев: 6 | ||||
| ||||