Главная » 2011 OKTYABR 7 » Oniomaniya və ya Şopaqolik
20:16 Oniomaniya və ya Şopaqolik | |
![]() Təqribən 70% alış-verişi biz qeyri-iradi edirik. İnsan bəyəndiyi şeyi görəndə hər şeyi unudur, nəfəsalma yavaşıyır, dünya sanki yerində durur! Psixoloqlar deyir ki, bu zaman şopaqoliklər transa (özünü itirmək) girirlər. Onlar üçün qiymət əhəmiyyətsiz olur ki, bu da satıcılara əl verir. Geyim seçərkən şopaqoliklər onun brend olmasına üstünlük verirlər: don Dolce&Cabanna, ayaqqabı Miu-Miu, çanta Chanel və s. Şopaqolizmin səbəbləri müxtəlifdir: uşaqlıqdan sahibolma vərdişi, valideynlərin uşaqlarına heç nədə imtina etməmələri və ya əksinə, ehtiyac içində böyümə. Qızların şopaqolik olmalarının daha bir səbəbi isə həyatın başqa sahələrində çatışmazlıqların (işdə, ailədə xoşbəxt olmayanda) məhz bu yolla doldurulmasıdır. Oniomaniyanın əlamətləri bunlardır: əhvalı pozulanda ilk olaraq mağazaya yollanır; həmişə nəzərdə tutduqlarından çox pul xərcləyir; aldıqları şeylərin həqiqi qiymətini böyük ustalıqla gizlədirlər; hami bilir ki, onların əlində pul qalmır; növbəti lazımsız şeyi alandan sonra peşmançılıq hissləri keçirmirlər. Oniomaniyanın müalicəsi elə də asan deyil: evdən alacağınız şeylərin siyahısı olmadan çıxmaq lazım deyil; alış-verişə tək lazım deyil; nağd puldan istifadə etmək lazımdır, kartdakı pullar sanki "uçur"; internet-mağazalardan alış-veriş etməmək lazımdır. | |
|
Всего комментариев: 0 | |