Главная » 2011 DEKABR 2 » Yuxular acı verən xatirələri silir
16:43 Yuxular acı verən xatirələri silir | |
Elm adamları, yuxuların görüldüyü mərhələ olan REM yuxusunun, acı xatirələri unutmağa köməkçi olduğunu təsbit etdi. Kaliforniya Universiteti elm adamları, nəticələri Current Biology jurnalında nümayiş olunan araşdırmalarında, könüllü təcrübəliklərini iki qrupa ayıraraq, hər iki qrupa da kədərli görünüşlər izletti və bu əsnada təcrübəliklərin tomoqrafiyaları çəkilərək, beyinlərinin hansı bölgələrinin fəaliyyətə keçdiyi müşahidə edildi. Hər iki qrupa da eyni görüntülər təxminən 12 saat sonra təkrar göstərildi və yenə beyin tomoqrafiyası çəkildi. Gecə yatdıqdan sonra görüntülərə yenidən baxanda, beynin duyğularla əlaqədar hissəsindəki fəaliyyətin, digər bölgələrdən az olduğu, bundan başqa bu qrupda beynin şüurlu düşünməklə əlaqədar hissəsinin fəaliyyətinin daha yüksək olduğu təsbit edildi. Elm adamları, REM yuxusundakı kimyəvi dəyişikliklərin bu nəticəyə yol açdığını təxmin edir. REM yuxusunda, stresslə əlaqədar olan noradrenalin hormonu nisbətinin əhəmiyyətli ölçüdə düşdüyü bilinir. | |
|
Всего комментариев: 2 | |
| |