Главная » 2011 » NOYABR » 26 » Psixoterapiya
14:53
Psixoterapiya

 Psixoterapiya (qədim yunanca ψυχή – ruh + θεραπεία – müalicə deməkdir) – psixoloji üsullar və metodlar vasitəsilə həyata keçirilən müalicədir. Psixoterapiya prosesində pasiyent öz emosiyalarını tənzimləməyin yeni vərdişlərinə yiyələnir, stress vəziyyətlərinin nəticələrini aradan qaldırmağı öyrənir, xəstəlik dövründə pozulmuş münasibətləri bərpa etməyə çalışır. Bu müalicə metodu pasiyentin mütəmadi olaraq (bir qayda olaraq, hər həftə) psixoterapevtlə ünsiyyətdə olmasını nəzərdə tutur.

 Psixoterapiyanın növləri

Psixodinamik psixoterapiya – Freydin psixoterapevtik nəzəriyyəsindən qaynaqlanan psixoterapiya metodudur. İnsayt üzərində fokuslaşmış uzunmüddətli psixoterapiyadır. Psixodinamik psixoterapiya psixi fəaliyyəti haqqında psixoanalitik nəzəriyyənin müddəalarına (müdafiə mexanizmləri, transfer, psixi reallıq və s.) əsaslanır. Psixoterapevtik müdaxilələrin əsas məqsədi insayta, yəni şüurdan kənarda olan psixi proseslərin uşaqlıqda formalaşmış psixi və davranış patternlərinin aydınlaşdırmasına və onların dərk edilməsinə nail olmaqdır.

Koqnitiv-biheyvioral terapiya (KBT) – disfunksional fikirlər, davranış və emosiyalara bağlı olan problemlərin həllinə yönələn psixoterapevtik müalicə üsulu. KBT-də strukturlaşmış, problemlərin həllinə yönəlmiş psixoterapevtik yanaşma istifadə olunur. Bu termindən həm koqnitiv, həm də biheyvioral texnikaları tətbiq edən birləşdirilmiş psixoterapevtik metodu müəyyən etmək üçün istifadə olunur.

İnterpersonal (şəxslərarası) psixoterapiya (İPT) – pasiyentin həyatında emosional cəhətdən yaxın insanlarla münasibətlərindəki problemlərin həllinə yönəlmiş psixoterapiyadır. Psixoterapevt pasiyentə yaxın adamları ilə münasibətlərini nizamlamağa və yaxşılaşdırmağa kömək edir. Bunun nəticəsində pasiyentin emosional vəziyyəti yaxşılaşır və psixopatoloji simptomları azalır. Bu psixoterapiya metodu da, adətən, həftədə 1 dəfə olmaqla 12-20 psixoterapevtik sessiya keçirilməsini nəzərdə tutur.

Просмотров: 2097 | Добавил: DUYGU | Рейтинг: 1.0/1
Всего комментариев: 1
1 nicat abbasov  
0
salam. men qorxuram o nedendi?

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]