Главная » 2011 İYUL 19 » UMIDLERI OGURLAYANLAR
01:02 UMIDLERI OGURLAYANLAR | |
Günlərin bir günü qurbağaların yarışı varmış. Hədəf, çox yüksək bir qüllənin təpəsinə çıxmaqmış. Qurbağalar da yoldaşlarını seyr etmək üçün toplanmışlar. Yarış başlamış. Gerçəkdə tamaşaçılar arasında heç biri yarışmacıların qüllənin təpəsinə çıxacağına inanmırmış. Yalnız bu səslər eşidilə bilirmiş: "Yazıqlar" "Heç bir zaman bacara bilməyəcəklər!" Yarışmağa başlayan qurbağalar qüllənin təpəsinə çata bilməyincə tək-tək yarışı tərk etməyə başlamışlar. içlərindən yalnız bir dənəsi inadla, qorxmadan qülləyə dırmaşmağa çalışırmış. Tamaşaçılar qışqırırlarmış: "Yazıqlar" Heç bir zaman bacara bilməyəcəklər!... Sonunda bir dənəsi xaric, digər qurbağaların hamısının ümidləri qırılmış yarışı buraxmışlar. Amma qalan son qurbağa böyük bir səy ilə mübarizə edərək qüllənin təpəsinə çıxmağı bacarmış. Digərləri heyrət içində bu işi necə bacardığını öyrənmək istəmişlər. Bir qurbağa ona yaxınlaşmış, soruşmuş bu işi necə bacardını deyə. O anda fərqinə varmışlar ki... Qülləyə çıxan qurbağa kar imiş! MƏNFİ DÜŞÜNƏN İNSANLARI EŞİTMƏYİN.... ONLAR ÜRƏYİNİZDƏKİ ÜMİDLƏRİ OĞURLAYARLAR! | |
|
Всего комментариев: 8 | |||||
| |||||