Главная » 2011 » NOYABR » 26 » Azərbaycanda psixoloji fikrin inkişafı
14:42
Azərbaycanda psixoloji fikrin inkişafı
Bütün dünyada olduğu kimi Azərbaycanda da psixoloji fikrin yaranması və inkişafını iki mərhələyə ayırmaq olar: elməqədərki və elmi psixologiyanın təşəkkülü və inkişafı. Əlbəttə onların arasında kəskin sədd qoymaq, sərhəd çəkmək də düzgün olmazdı. Onlar bir-birinin daxilində formalaşmış, biri digərinin inkişafına zəmin yaratmışdır.

Elməqədərki psixoloji fikirlərin yaranması tarixi çox qədimdən, eramızdan əvvəldən başlanır. O, bir tərəfdən Şərq fəlsəfi fikrindən, digər tərəfdən xalq yaradıcılığından bəhrələnmişdir. O bir tərəfdən həyatın özündən, ictimai-tarixi proseslərdən asılı olaraq inkişaf etmiş, digər tərəfdən baş verən proseslər psixoloji fikrə öz təsirini göstərmişdir.

Professor Ə.S.Bayramov və Ə.Ə.Əlizadə elməqədərki psixologiya və ya "güzarən psixologiyası” da adlandırırdılar. Onlar yazırlar: "Güzəran psixologiyasına aid biliklərin mənbəyini ictimai və şəxsi təcrübə təşkil edir. Hələ qədim zamanlardan başlayaraq bu biliklər nəsildən-nəslə verimiş müxtəlif obrazlı ifadələrdə, atalar sözlərində, bayatılarda, nağıllarda, dastanlarda və s.də özünün əksini tapmışdır. Bizim hər birimiz bu bilikləri ətraf adamlardan eləcə də şifahi xalq ədəbiyyatı vasitəsilə mənimsəyirik. İnsanın şəxsi təcrübəsində həmin biliklər daha da dəqiqləşir, yeni məna çalarları kəsb edir.” Onlar daha sonra yazırlar: "Güzəran psixologiyasına aid olan biliklərdə biz hətta müasir psixologiya üçün maraqlı olan müəyyən faktlara rast gəlirik. Lakin onların hamısı üçün bir cəhət səciyyəvidir – güzəran psixologiyasında faktlar ardıcıl şəkildə izah edilmir, sübut olunmur.” İnsanlar lap qədimlərdən qarşılıqlı münasibətlərdə olduqları, ünsiyyətə girdikləri insanları öyrənməyə, anlamağa, dərk etməyə çalışmış, bnun üçün müşahidələr aparmışlar. Tədricən toplanan bilikləri ümumiləşdirilmiş, dildən-dilə, ağızdan-ağıza keçərək ümuminin hamının qəbul etdiyi fikirlər olmuşdur. Bunlar bayatılar, nağıllar, atalar sözləri, nəğmələr, laylalar, miflər, əfsanələr və s. şəklində lakonik dildə çatdırılmışdır. Demək olar ki, elmi psixologiyanın tədqiq etdiyi sahələr içərisində elə bir problem yoxdur ki, xalq yaradıcılığında ondan bəhs olunmasın, münasibət bildirilməsin.

Psixoloji fikrin yaranması və inkişafının digər bir istiqaməti isə yazılı ədəbiyyat, filosof və yazıçıların, şairlərin yaradıcılığıdır. Bu mənada "Kitabi-Dədə Qorqud” dastanı, Nizami, Tusi, Nəsimi, Fizuli, Axundov, S.Ə.Şirvani, Sabir, C.Məmmədquluzadə və digər mütəffəkirlərin yaradıcılığı Azərbaycan psixoloji fikrinin yaranması, inkişafı və formalaşmasında əhəmiyyətli rol oynamışdır. Onların yaradıcılığı bir tərəfdən xalqın təfəkkür tərzinin inkişafına təkan vermiş, digər tərəfdən özündə həyat reallıqları əksini tapmışdır. Yəni Azərbaycan xalqının keçdiyi inkişaf yolunun mərhələlərini müəyyənləşdirməkdə bu əsərlər gözəl bir mənbədir.

XIX əsrin ortalarında psixologiya elmi bir sıra nailiyyətlər əldə etmişdir. Onlardan ən başlıcası isə ondan ibarətdir ki, həmin dövrdə eksperimental üsullar psixologiya elminə nüfuz edirdi. Azərbaycanda elmi psixologiya XIX əsrin sonu – XX əsrin əvvəllərində inkişaf etməyə başladı. Azərbaycanda ilk psixologiya laboratoriyası 1926-cı ildə F.Ə.İbrahimbəyli tərəfindən yaradılmışdır.
Просмотров: 1740 | Добавил: DUYGU | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]