Главная » 2011 » NOYABR » 26 » Daun sindromunun əlamətləri
14:49
Daun sindromunun əlamətləri
 Psixoloqun sözlərinə görə, Daun sindromu ilə doğulan uşaqların oxşar əlamətləri bunlardır – onların boyu qısa, kəlləsi kiçik və yumru olub üz nahiyyəsində yastılaşır. Yanaqlar üzün yastılaşmış fonunda bir qədər üzə çıxır. Gözləri uzunsov və kiçik, göz yarığı çəp, gözbucağında dəri büküşlü, ağzı yarıaçıq, dili böyük оlur. Belə uşaqların əzələləri və oynaqları zəif inkişaf etmiş olur. Dişlərinə gəldikdə, Daun sindromu ilə doğulan uşaqlarda dişlər əyri olur və normal ardıcıllığa uyğun çıxmır. Onlarda ağız boşluğu normada olduğundan nisbətən kiçik, dil isə böyükdür. Bu sindromla doğulan uşaqların ovucları enli, barmaqları qısa, çeçələ barmaq bir az içəriyə doğru bükülmüş olur. Bir çox uşaqlarda göstərici barmaqla baş barmaq arasındakı məsafənin çox böyük olmasındadır.

 Daun sindromu ilə doğulan uşaqlarla bağlı verilən məlumatlarda qeyd olunur ki, belə uşaqlarda məhdud anlama bacarığı, böyük və kiçik motor problemləri var. Uşaqların nitqində ləngimə, zəif eşitmə, görmə problemləri оlur. Onların immunitetləri də zəif olur və bu uşaqlar qulaq, göz infeksiyalarına meyillidirlər. Amma Daun sindromu ilə doğulan uşaqlar arasında əqli və fiziki cəhətdən inkişaf edənlərə də rast gəlmək mümkündür. Psixoloq deyir ki, belələrinin sayı az olsa da, var: "Məsələn, hamımızın yaxşı tanıdığımız, sevdiyimiz aktyorlardan biri Daun sindromu ilə doğulub. Amma əqli problemi olmadığından tanınmış və olduqca sevilən sənətkarlar arasında yer alıb. Xarici ölkələrdə də Daun sindromu ilə doğulan məşhur aktyorlar, rəssamlar var və onların əqli qüsuru yoxdur”.

 Erkən nikahlar və gec qurulan ailələr

Müşahidələr göstərir ki, Daun sindromlu uşaqlar erkən qurulan nikahlarda və gec övlad sahibi olan ailələrdə daha çoxdur: "20 yaşından gənc anaların belə uşaqları ola bilər. Digər tərəfdən, 35-40 yaşlı hər 400 qadından 1-i Daun sindromlu uşaq dünyaya gətirə bilər. 40-45 yaşlı hər 80 qadından 1-nini övladı Daun sindromlu doğula bilər. Yəni yaş artdıqca ehtimallar artır. İkinci tərəfdən Daun sindromlu körpənin doğulması yalnız anadan asılı deyil. Burada atanın da yaşı rol oynayır" - deyir mütəxəssislər. Xarici ölkələrdə hamilə qadınların hər biri bu sindroma qarşı yoxlanılır. Hamiləliyin təxminən 4-cü ayında uşağın Daun sindromulu olub-olmayacağı bəlli olur: "Anaya uşaqla bağlı məlumatlar verilir. Amma hamiləliyin qarşısının alınması ananın öz öhdəsinə buraxılır. Azərbaycanda perenatal diaqnostika vasitəsilə uşağın Daun sindromlu doğulub-doğulmayacağını müəyyənləşdirmək olar. Ancaq bölgələrdəki vəziyyətlə bağlı məlumat qıtlığı var”. Psixoloq Daun sindromu haqqında ananın düzgün məlumatlandırılmasını da vacib sayır: "Daun sindromlu uşaqlara doğum evlərində diaqnoz qoyula bilər. Amma bəzən tibb bacıları və ya digərləri ananı yanlış məlumatlandıra bilərlər. Məsələn, "belə uşaqlar danışa, gəzə bilmirlər. Onlardan uşaq olmaz. Onların yaddaşları zəif olur, hətta ata-analarını tanımırlar” kimi ifadələr... Buna görə də bəziləri uşaqlarını uşaq evlərinə atırlar. Daun sindromu ilə bağlı məlumatsızlıq var, maarifləndirmə aparılmaldır”. Psixoloq deyir ki, hələ də bəzi ailələrin səviyyəsi çox aşağıdır: "Uşağın inkişafı valideynlərin onunla işləməsindən çox asılıdır. Daun sindromu ilə doğulan uşaqlarla erkən məşğul olmaq lazımdır. Belə uşaqlar reabilitasiya məkəzlərinə cəlb edilməli, onlarla psixoloji iş aparılmalıdır”.

Просмотров: 1931 | Добавил: DUYGU | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]