Главная » 2011 » DEKABR » 26 » Psixologiyanın filogenezdə inkişafı.
01:49
Psixologiyanın filogenezdə inkişafı.

 Filogenez təkamül zamanı müxtəlif tip orqanizmlərin heyvan davranış və psixikasının yaranmasıdır. Filogenez həm də bütün tarix boyunca insanın psixikasının yaranması və inkişafı kimi xarakterizə olunur.Filogenezi heyvanın psixikasının evolusiyası və şüurun inkişaf tarixi olmaqla iki bölməyə bölmək olar. Filogenezin təməli (konsepsiyası) embrionologiyanın, fiziologiyanın, genetikanın və müqaisəli anatomiyanbın əsasında qurulur. Adaptasiyanın yaranması da filogenezdəki tədqiqatların daxilinə aiddir. İnsanin evolusiyası zamanı onun psixikasının dəyişməsini evolusiyanın bəpaeüdilməzliyi vəözünü tənzimi ilə xarakterizə etmək olar. Bu termin . 1866 – ci ildə E. Hekkel tərəfindən elmə gətirilmişdir. Rusiyada isə psixologiyanın filogenezində psixikanın inkişafı ilə A.N.Leontiyev məşğul olmuşdur. O,evolusiya prosesi zamanı psixikanın inkişaf blokunun əsnasında sensor psixikanı, intellekti, şüuru,perspektiv psixikanı ayırmışdır. Filogenezi həm də L.S.Vıqotski tədqiq edərək ümumi tarixi mərhələdə onun insan psixikasının inkişafına spesefik təsirini göstərmişdir. Başqa sözlə desək şüura keçid etmişdir.

 Heyvan və insan psixikası arasında keyfiyyət fərqi.

 Şüphə yoxdur ki, insan psixikası ilə ən ali heyvanların psixikası arasında çox böyük fərq mövcuddur. Belə ki, heyvanların dili ilə insan dili heç cür müqaisə edilə bilməz. Heyvan yalnız öz yoldaşlarına bilavasitə mövcud, məhdud şəraitdəki vəziyyət barədə siqnal vcerə bildiyi halda insan dilin köməyi ilə başqa adamlara keçmiş indi və gələcək haqqında məlumat verə bilir. Dilin köməyi ilə bəşər tarixində inkas səviyyəsi imkanlarında dəyişiklik baş vermişdir indi gerçəklik beyinda daha adekvat sürətdə əks olunur. İndi hər bir adam cəmiyyət arasında dilin köməyindən istifadə edir. Hətta şəxsən heç vaxt rastlaşa bilməyəcəyi hadisə haqqında belə biliklərə yiyələnə bilir. Bundan başqa dil vasitəsi ilə insan öz hissləri və təsuratları barədə hesabat verə bilir. Heyvan dili ilə insan dili arasındakındakı fərq təfəkkürdəki fərqlə şərhlənir.

 Tədqiqatşçıların apardıqları eksperimentlərdən məlum olmuşdur ki, heyvanlar yalnız praktik təfəkkürə malikdir. Heyvan yalnız əyani sürətdə qavranılan şərait hüdudunda hərəkət edə bilər, o həmin həddən kənara çıxa mücərrədləşdirə və mücərrəd prinsipi mənimsəməyə bilməz. Heyvanlar yaşadıqları şəraitə uyğunlaşırlar. İnsan davranışı isə mövcud konkret şəraitdən uzaqlaşa bilmək və bununla əlaqədar olaraq qabaqcadan baş verə biləcək nəticəni görmək qabiliyyətinə malikdir. Məs: Dənizçilər gəmidəki kiçik deşiyi dərhal təmir etməyə başlayırlar. İnsanlar heç də mövcud şəraitin qulu olmurlar onlar gələcəyi görməyə qadirdilər. Beləliklə heyvanların konkret praktik təfəkkürü onları mövcud şəraitin boilavasitə təsirinə tabe edir, insanın mücərrəd təfəkkürə qabil olması isə onu mövcud şəraitdən bilavasitə asılılıqdsan azad edir. 

 İnsanın heyvandan ikinci fərqi onun alət yaratmağa və onu mühafizə etməyə qadir olmasıdır. Konkret əyani əməli şəraitdə heyvan da alət düzəldir, konkret şəraitdən kənarda isə heyvan heç vaxt aləti bir alət kmi fərqləndirmir, ehtiyat üçün onu qoruyub saxlamır,alət mövcud şəraitdə öz rolunu oynayıb qurtaran kimi o meymun üçün bir alət kimi mövcudluğunu itirir. Heyvandan fərqli olaraq insan əvəlcədən düşünülmüş plan üzrə alət yaradır, tələb olunan yerdə ondan istifadə edir və qoruyub saxlayır. Bundan başqa insan bir adamın həmin alətdən istifadə etmək qaydasını öyrənir və başqalarıa öyrədir.

 İnsanın psixi fəaliyyətinin 3 – cü fərqləndirici əlaməti ictimai təcrübəni başqalarına verməkdən ibarətdir. Həm heyvan həm də insan həyatın bəxş etdiyi cürbəcür şəraitlərdə şəxsi təcrübə əldə edir lakin yalnız insan ictimai təcrübəni mənimsəyir. İnsan psixikasını ən çox ona verilmiş ictimai təcrübə inkişaf etdirir. Uşaq doğulduğu gündən alətlərdən istifadə etmək qaydalarına ünsiyyət qaydalarına yiyələnir.

 Mücərrəd təfəkkürün inkişafında olduğu kimi hisslərin inkişafında da gerçəkliyin daha adekvat inkas üsulu mövcuddur. Ona görə də heyvanla insan arasındaki 4 – cü mühüm fərq hisslərdə özünü göstərən fərqdir.

 İnsan psixikasının heyvanların psixikasından ən başlıca fərqi onların inkişaf etmə şəraitindən ibarətdir. Əgər heyvanlar aləminin inkişafı ərzində psixikanın inkişafı bioloji təkamül qanunu üzrə getmişdirsə, insana məxsus psixikanın insan şüurunun inkişafı ictimai – tarixi inkişaf qanununa tabe olur.

 Hər bir fərd öz düşdüyü şəraitdən asılıdır. Heyvanlar arasında böyümüş uşaqlar heyvani reaksiya təzahür etdirmiş və onlarda inasnı heyvanlardan fərqləndirən xüsusiyyətləri müşahidə etmək mümkün olmamışdır. Bununla belə sürüdən kenar düşən, tənha qalan meymun balası yenıə də özünü meymun kimi aparır, inasn isə o zaman insana çevrilir ki onun inkişafı adamlar arasında keçmiş olsun.

 Meymunun insana sürünun cəmiyyətə çevrilməsinə təsir edən amil əmək fəaliyyəti, başqa sözlə, insanların birgə alət hazırlamalarını və ondan istifadə etmələrini təmin edən fəliyyət olmuşdur.

 

Просмотров: 1881 | Добавил: DUYGU | Рейтинг: 1.5/2
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]