Главная » 2011 » İYUL » 26 » Evlilik Eşqi Öldürmez Amma Evliler Eşqi öldürə bilər! | Evlilik Psixologiyası
15:51
Evlilik Eşqi Öldürmez Amma Evliler Eşqi öldürə bilər! | Evlilik Psixologiyası

Tanış oldunuz ,sevdiniz sevildiniz,onu görəndə həyəcanlanırsınız,ürəyiniz sürətlə döyünür, ,burun dəlikləriniz genişlənir nəfəsiniz daralır,ve ya sadece onun yanında dinclik, rahartlıq tapırsız.

 Sakitsiniz,xoşbəxtsiniz sadəcə ,sevgililik sizə nağıl kimi gəlir ,Bu dövrdə hər cütlük öz romanını yazmaq istəyir .Amma bu roman sevgililiklə başlar sevgililiklə bitər .Çoxları ciddi addım atmaqdan çəkinir .Əslində bu nə az sevməklə, nə də qarşısındakına ciddi yanaşmamaqla əlaqəli deyil.Çox gənc evlilikdən qorxur. Demirəm evlilik fobiyaları var,yox sadəcə əllərində olan sevgini itirmək istəmirlər. Belə bir söz var axı evlilik sevgini itirir ve ya öldürür.Bu yanlış yanaşmadı evlilik yox –insanlar öldürür .Belə ki çox gəncin beynində şüuraltına yerleşib artıq bu fikir ve özləri beynlərini özləri də bilmədən belə proqramlayırlar.Beynimiz isə biz istəməsək də yada görməsək də bizim inandığımız kimi fəaliyyət göstərir.Evlilik mücərrədd varlıqdı "O" neyniyə bilər ki sevgi olsun?

  Evlilik deyil Evlilər sevgini öldürür.Önəmli olan inanmaq ve ümid etməkdir.Evliliyə ümidlə daxil olun.Çünki sevgiylə ümid bərabər olarsa Motiv yaranar.Ümid edin evlilikdən yaxşı nəticələr əldə edəcəyinizə,xoşbəxt olacağınıza,yaşlılıqda belə sevib seviləcəyinizə.Ümid  ve Sevgi bərabər yol alarsa Sevgi daim artacaq.EVLİLİK RESEPTİ- SEVGİYƏ ÜMİD QATIN.BU İNSANI HƏRƏKƏTƏ GƏTİRİR.Sevginizə Erodika,Romantika,Eşq əlavə edin.

 Sevginizi artıraraq dostluğa çevirin.Həyat yoldaşınız sevgisini itirsə belə Dostunu heç vaxt itirmək istəməz.Onunla səmimi olun.Munasibətinizdə yalana yer verməyin.

Çox insan sevgi,eşq və məhəbbət sözlərinin eyni olduğunu düşünür,bu belə deyil.Sevgi ve bağlılıq bir yerə gəldiyində eşq yaranır.

 Sevgini korşaltmaq və ya alovlandırmaq olur.Bu insan oğlunun əlindədir- ayırd etmirem kişilər ve ya qadınların.Həyatını cənnətə çevirmək istəyən hər kəs bunu bacara bilər.Evinizi cənnətin bir guşəsi edin ki həyat yoldasınız evə yorğun,stresslə gələndə qoy cənnətinə sığınsın,fırtınalı dənizdə ən sakit limanı siz olasınız.Bir birinizə səbrli olun.

  Ailədə ünsiyyət çox önəmlidir ən çətin şey dinləmək ən asan şey məsləhət verməkdir,ona görə də məsləhət verməmişdən öncə çalışın dinləyin..Sevgili nişanlı olarkən gözü açıq olun 4 gözlə baxın sevdiyinizə yalnız yaxşı yönlərini deyil pis tərəflərini də görün.Evlilikdə isə 1 gözünüzü yumun…

Bəli evlilikdə sevgi azalır.Qadın sevgisini uşaqlarına ,kişilər işlərinə verir sevgi və diqqətini.Zaman keçdikcə ya bu vəziyyətə öyrənilir ya da danışılaraq bu vəziyyət aradan qaldırılır.Hansı yolu seçməniz sizdən asılırıdır.Sevginizi düzgün istifadə etmək gərəkir,sevgini bölüşmək pis hal deyil bunun üçün həyat yoldaşınıza əsəbləşməyin sevgi bölündükcə cəmiyyətdə də sevgi çoxalacaq.Amma insan oğlunu sevəndə ölçülü sevmək gərəkir.Çox insan ifrata qaçdığı üçün əziyyət çəkir.Depressiya halları çoxalır.Bunun səbəbi insanların sevgi sərmayəsini yanlız bir oybekt və ya subyekt üzərinə yatırmasıdır.Bu bəzi insanlar üçün oğlan və qız,digərləri üçün puldur.Və daim sevdikləri tək şeyi də itirmək qorxusu onları xəstələndirir.Hələ ki itirəndə hansı ruh halında olurlar siz təsəvvür edin.Depressiya vaxtı beyində sevgi ilə əlaqəli nöqtələr azişləməyə başlayır.Seratonin hormonu az ifraz olunur.Beləliklə insanda yeganə sevgi mənbəyi olan şey itdiyi üçün yaşama sevinci azalır və ya yox olur.İşinizi ,uşaqlarınızı.kitabları,filmləri,gəzintini,ev işlərini də sevin.Onda inanın həyat daha asan və sevgi dolu olar.

  Sevginizə bir az da İnam qatın.İlk gündən bu inamı qazanmağa başlayın.İnanın sevgili və nişanlı müddətdə əldə etdiyiniz  inamlar evlilikdə köməyinizə çatacaq.

  Bir tərəfli düşüncə və müqayisə həm inamı,həm sevgini azaldır-bundan çəkinin.Sevdiyinizi olduğu kimi qəbul edin.Onun düşüncələrinə dəyər verin.Empatiya qurmağa çalışın.Dünya yanlız sizin ətrafınızda fırlanmır bunu unutmayın.Mənəm Mənəm demək yerinə Bizim deyə düşünün.

Sevginizin içinə bir az da şəfqət,mərhəmət qatın.Həyat yoldaşınızın hansı dildən danışdığına baxmayaraq siz onunla bu dildən danışın.Təbəssümü necə?Qataqmı evliliyin və sevginin içinə?Məncə qataq.Gülümsəyin daima-o qədər gülümsəyin ki artıq orqanizmanız gülüşə qarşı immunitet qazansın.:-) Gülümsəmək sözlə açılmayan çox ürək qapısını açır.

Müəllif:Psixoloq-Pedaqoq Gülnarə Əliyeva


Просмотров: 2467 | Добавил: DUYGU | Рейтинг: 5.0/2
Всего комментариев: 3
3 sebiwka  
0
heqiqeten de cox maraqli idi ,oxudum ve beyendim..twk

1 A. Melikova  
0
Gozel Meslehetlerdi indiki genc ailelerin cox ehtiyaci var. Tewekkurler Duygu xanim:))

2 DUYGU  
0
Aybeniz necesiz nece kecdi toy?))her sey yaxsidimi?))

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]