Главная » 2011 » İYUN » 26 » Humanist psixologiya
17:00
Humanist psixologiya
20-ci əsrin 60-cı illərində bir qrup amerikan psixoloqu, tanınmış amerikan psixoloqu Abraham Maslounun rəhbərliyi ilə, psixoanaliz və biheviorizmə alternativ olan həyataqabil bir nəzəriyyə yaratmağı qarşısına məqsəd qoydu. Müəyyən mənada ekzissensial fəlsəfəyə əsaslanan bu yeni cərəyan, adı çəkilən hər iki psixoloji cərəyandan fərqli olaraq, insanın taleyinin hansısa irrasional həvəslərdən və ya ətraf dünyanın dəyişkənliklərindən asılı olmayıb, tam şəkildə insanın öz ağlı və düşüncəsindən asılı olduğunu iddia edirdi.


«Humanist psixologiya» adlandırılan bu yeni cərəyana görə, insanı fəaliyyətə, onun daxilində mövcud olan müxtəlif növlü tələbatlar vadar edir. Lakin insan bu tələbatları ödəmək yollarını seçməkdə azaddır. Başqa sözlə, insan «seçim azadlığı»na malikdir və məqsədin həyatakeçmə vasitələrini, mexanizmini seçmək məqamında o iradi bir məxluqa çevrilir, təbiətin diqtəsindən kənara çıxır. A.Maslou insanda adi bioloji tələbatlardan əlavə, həm də daha ali tələbatların olduğunu qeyd edir. Buraya inkişaf arzusu, yeni stimul axtarışları, özünürealizə tələbatları və s. kimi sırf insana məxsus olan tələbatlar aiddir (heterostaz prinsipi). Maslouya görə, insanı öz qabiliyyətini, potensialını nümayiş etdirməyə məhz bu sonuncular təhrik edir. İxtiyari bir fəaliyyət məhz bu tələbatdan meydana çıxır.

Просмотров: 1832 | Добавил: DUYGU | Рейтинг: 4.3/3
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]