Главная » 2011 » NOYABR » 26 » Daun sindromu ilə doğulan uşaqlar
14:50
Daun sindromu ilə doğulan uşaqlar
Daun sindromu ilə doğulan uşaqların sayı

 Azərbaycanda Daun sindromu ilə doğulan uşaqların sayı ilə bağlı fərqli rəqəmlər verilir. Məsələn, Səhiyyə Nazirliyi Daun sindromlu insanların sayının 336 nəfər olduğunu açıqlayır. Onların 13 yaşadək olanları 296, 14-17 yaş arasında 21, 18-29 yaş qrupunda 11, 30 və daha yuxarı yaş qrupunda 8 nəfərdir. Bu problemlə məşğul olan QHT-lər rəqəmlərin 700-ə yaxınlaşdığını bildirirlər. Ü.Əsədova hər doğulan 700 uşaqdan 1-nin Daun sindromlu olduğunu qeyd edir: "Son zamanlar azalma müşahidə edilir. Bu, səhiyyənin inkişafı ilə bağlı ola bilər. Çünki hazırda hamilə qadınlar müxtəlif infeksiyalara qarşı yoxlanılırlar”. O ki qaldı uşaqların cəmiyyətə inteqrasiyasına, bununla bağlı fəaliyyətə başlanılıb: "Hazırda həm əqli, həm də fiziki cəhətdən inkişaf etməmiş uşaqlar üçün Nizami rayonunda yerləşən 210 saylı məktəb və 113 saylı uşaq baxçası inklyuziv təhsil layihəsinə, "Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili üzrə İnkişaf Proqramı”na qoşulub. Hər iki tədris müəssisəsi xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün uyğunlaşdırılacaq: "Hazırda müəllimlərə terninqlər keçirilir. Uşaqların baxçaya qəbulu xüsusi yoxlamadan sonra müəyyənləşdiriləcək. Hər bir uşaq müxtəlif sahələr üzrə 4 mütəxəssis tərəfindən 8 ixtisas üzrə yoxlanılacaq. Uşağın inkişafı, görməsi, eşitməsi, qavraması, diqqəti, yaddaşı, başadüşmə bacarığı, özünü ifadə etməsi öyrəniləcək. Ümumiyyətlə, Daun sindromlu uşaqların zəif və güclü tərəfləri var. Məsələn, onun eşitmə və görmə zəifliyi, nitqində qüsuru olur. Bu, uşağın zəif tərəfidir. Amma belə uşaqlarda yamsılamaq, təqlid etmək bacarığı yüksəkdir. Daun sindromlu uşaqlar mətni tez qavrayırlar. Onlarda mexaniki yaddaş güclü olur. Uşaqların cəmiyyətə çıxarılması, müxtəlif tədbirlərə qatılması çox faydalıdır”.

 Onların ömür uzunluğu...

Əvvəllər Daun sindromu ilə doğulan uşaqların 16-18 il ömür sürdüyü bildirilirdi. Psixoloq deyir ki, hazırda Daun sindromulu insanların normal insanlar kimi ömür sürdüyü təsdiqlənir: "Mən özüm xarici ölkələrin birində 40-50 yaşlı Daun sindromlu insanla rastlaşmışam. Onlarda bu sindromla yanaşı digər xəstəliklərə yoluxma ehtimalı yüksək olur. Bir səbəb də valideynlərin şüuraltı olaraq övladlarının tez öləcəyini qəbullanmasıdır. Bu uşaqlar adi insanlar kimi 70 il də yaşaya bilərlər. Daun sindromlu uşaqların ailə qurmasına gəldikdə isə bəziləri oğlanların sonsuz olduğunu söyləyirlər. Lakin son illər Daun sindromlu kişilərin övlad sahibi ola biləcəyi ehtimal olunur. Qızlar isə normal insanlarla ailə qurduqda dünyaya sağlam uşaq gətirə bilərlər”.

Просмотров: 1871 | Добавил: DUYGU | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]