Главная » 2012 » MART » 8 » William James
01:51
William James

 William James, (d. 11 Yanvar 1842 - ö. 26 Avqust 1910) pragmatizmin qurucusu olan ABŞlı filosofdur.



 İrlandiya əslli zəngin bir immiqrant ailənin uşağıdır. Uşaqlığı Avropada səyahətlərdə keçdi. Əvvəllər nizamlı bir təhsil görə bilmədi. Sonradan Harvard Universitetində tibb və təbiət elmləri təhsili aldı. 1869da tibb doktoru, 1885ci ildə Harvard Universitetində professor oldu. Burada fiziologiya, biologiya, fəlsəfə və psixologiya dərsləri tədris etdi. İlk əhəmiyyətli əsəri Psixologiyanın Prinsipləridir (1890). Fəlsəfi sistemin əsaslarını Pragmatizm (1907) adlı kitabında ortaya qoydu. Fəlsəfi fikri praktiklik, faydalılık və məhsuldarlıq anlayışlarına əsaslanır.

 Jamesə görə məlumat, şəxsiyyət, şüur, gerçək düşüncə kimi şeylər faydalılık, məhsuldarlıq, praktiklik ölçüsüylə qiymətləndirilər. Mühüm olan nəzəriyyə deyil, iş və tətbiqdir; həyatda var olan, tətbiq və bir təsir meydana gətirən şey gerçəkdir. Zehnən və mücərrəd olaraq nə qədər doğru olar və ya görünsə görünsün praktikası olmayan və həyatda bir təsir meydana gətirməyən şey bir dəyər ifadə etməz və gerçək də sayılmaz.

 Amerikadakı ilk psixologiya laboratoriyasını yaratmış olan James, pragmatizm, "nəticələr nələrdir?" deyə soruşmaqda və düşüncənin üzünü, hərəkət və gələcəyə yönəltməkdədir. Necə ki Ceyms, həyatı doğrudan maraqlandıran konkret faktlara, hərəkətlərə, insanın həyatını indi və yaxın gələcəkdə birbaşa təsir edən güc və hərəkətə əhəmiyyət vermişdir. O, yararlılıkla, yalnız fərdin maddi ehtiyaclarının qarşılanmasını deyil, eyni zamanda insanın və cəmiyyətin inkişafına kömək olan hər şeyi izah etmək istər. Bu mənada din, Jamesin görə, tamamilə doğrudur və din mövzusunda, dinin nəticələrinə baxaraq mühakimədə olmaq lazımdır. O, dinin metafizik bir dəyərə sahib olub olmadığını bilmədiyini söyləyir. Lakin din Jamesin görə, hər vəziyyətdə faydalı bir mülahizədir.

Psixoloq Vəliyeva

Просмотров: 1135 | Добавил: DUYGU | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]