Главная » 2012 » MAY » 31 » Psixi vəziyyətin qiymətləndirilməsi testi (Ayzenqə görə)
15:29
Psixi vəziyyətin qiymətləndirilməsi testi (Ayzenqə görə)
Sizə müxtəlif psixi vəziyyətlərin təsviri təqdim olunur. Əgər bu vəziyyət sizə daha çox xasdırsa - 2 bal, əgər hərdən bir olursa 1 bal, heç uyğun gəlmirsə 0 balla qiymətləndirin.

Cavab variantları:

Uyğundur - 2

O qədər də uyğun deyil - 1

Heç uyğun deyil - 0

1. Özümdə əminlik hiss etmirəm.

2. Çox vaxt heç nədən üzüm qızarır.

3. Narahat yatıram.

4. Tez ruhdan düşürəm.

5. Fikrimə gətirdiyim xoşagəlməzliklərdən narahat oluram.

6. Çətinliklər məni qorxudur.

7. Qüsurlarımı çək-çevir etməyi sevirəm.

8. Məni inandırmaq asandır.

9. Bədgümanam, hər şeydən şübhələnirəm.

10. Gözləmək mənə ağır gəlir.

11. Həllini tapmaq mümkün olan vəziyyətlər çox vaxt mənə çıxılmaz gəlir.

12. Xoşagəlməz hadisələr məni məyus edir, ruhdan düşürəm.

13. Böyük xoşagəlməzliklər zamanı kifayət qədər əsas olmadan özümü günahlandırmağa meylliyəm.

14. Bədbəxtlik və uğursuzluqlar mənə heç nə öyrətmir.

15. Çox vaxt mübarizədən imtina edirəm, çünki mənası yoxdur.

16. Çox vaxt özümü köməksiz hiss edirəm .

17. Hərdən məyus oluram.

18. Çətinliklər qarşısında özümü itirirəm, çaşqınlıq hiss edirəm.

19. Həyatımın çətin anlarında hərdən özümü uşaq kimi aparıram ki, mənə rəhmləri gəlsin.

20. Hesab edirəm ki, xarakterimdəki qüsurlar düzələn deyil .

21. Son söz söyləmək haqqını özümdə saxlayıram.

22. Çox vaxt söhbət zamanı müsahibimin sözünü kəsirəm.

23. Məni qəzəbləndirmək asandır.

24. Başqalarına irad tutmağı sevirəm.

25. Başqaları üçün avtoritet olmaq istəyirəm.

26. Aza qane olmuram, daha çox istəyirəm.

27. Qəzəblənəndə özümü çətin ələ alıram.

28. İdarə etməyi tabe olmaqdan üstün tuturam.

29. Jestlərim (hərəkətlərim) kəskin və kobuddur.

30. İntiqam alanam.

31. Vərdişlərimi dəyişmək mənim üçün çətindir.

32. Diqqətimi bir işdən başqasına yönəltmək asan deyil.

33. Hər bir yeniliyə ehtiyatla yanaşıram.

34. Məni fikrimdən döndərmək çətindir.

35. Azad olunması gərəkən fikirlər çox vaxt beynimdən çıxmır.

36. İnsanlarla ünsiyyət qurmaq asan olmur.

37. Planın hətta əhəmiyyətsiz dərəcədə pozulması məni məyus edir .

38. Çox vaxt inadkarlıq göstərirəm.

39. Riskə həvəslə getmirəm.

40. Qəbul etdiyim gün rejimindən kənara çıxmalar mənə kəskin təsir göstərir.

Nəticələrin işlənilməsi:

Hər qrup suallar üçün balları hesablayın.

1. (1-10) – həyəcanlılıq

2. (11-20) – frustrasiya

3. (21-30) – aqressivlik

4. (31-40) – rigidlik



Balların qiymətləndirilməsi və interpretasiyası.

1. Həyəcanlılıq: 0-7 bal – həyəcanlılıq yoxdur, 8-14 bal – orta həyəcanlılıq, 15-20 bal – həddən ziyadə həyəcanlılıq.

2. Frustrasiya: 0-7 bal – yüksək özünüqiymətləndirməyə malik deyil, uğursuzluqlara davamlıdır, çətinliklərdən qorxmur, 8-14 bal – orta səviyyə, frustrasiyanın yeri var; 15-20 bal – özünüqiymətləndirmə aşağıdır, çətinliklərdən qaçırsınız, uğursuzluqlardan qorxursunuz, frustrasiyadasınız.

3. Aqressivlik: 0-7 bal – Siz sakit və təmkinlisiniz, 8-14 bal aqressivliyin orta həddi, 15-20 bal – Siz aqressivsiniz, təmkinli deyilsiniz, insanlarla işəməkdə və ünsiyyət qurmaqda çətinliklər var.

4. Rigidlik: 0-7 bal – rigidlik yoxdur, bir işdən digərinə asan keçir, 8-14 bal – orta səviyyə, 15-20 bal – parlaq ifadə olunmuş rigidlik, davranışın, baxışların və inancların hətta onlar real şəraitə, həyata uyğun gəlmədiyi halda belə dəyişməzliyi. Sizə iş və ailədə həyatınızda dəyişikliklər etmək olmaz.

Просмотров: 1743 | Добавил: DUYGU | Рейтинг: 3.7/7
Всего комментариев: 6
6 Esnad  
0
mende 57 oldu axi

5 Sovket  
0
mede 42 oldu axiiii sad

4 Vusale  
0
39 oldu mendede

3 Latifa  
0
13 cixdi. deyesen babatam:)

1 zuzu reshid  
0
kewki heyat da bir test qeder asan bawa gelseydi cry sad

2 DUYGU  
0

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]