Главная » 2011 » OKTYABR » 7 » Psixologiya nəzəriyyələri-Atribusiya nəzəriyyəsi
19:49
Psixologiya nəzəriyyələri-Atribusiya nəzəriyyəsi
Atribusiya nəzəriyyəsi bir sosial psixologiya nəzəriyyədir. İlkin formasında Amerika psixoloqu Fris Hayder (Fritz Heider) tərəfindən 1944-46-cı illərdə təqdim edilmişdir və insanların, özlərinin və başqalarının davranışlarını necə qəbul etdiklərini, hansı səbəblərlə bağladıqlarını izah edir. Teoriya 60-cı illərdə Harold Kelley, Edward E. Jones və Lee Ross tərəfindən inkişaf edilmişdir.

Atribusiya nəzəriyyəsinə görə əgər şəxsin davranışı başqalarının həmin situasiyadakı davranışından fərqlənirsə, lakin şəxsin bu və ya başqa tipli situasiyalardakı davranışına bənzəyirsə biz onun hərəkətlərini daxili (internal) faktorlarla, xüsusiyyətlərlə, meyllərlə izah edirik. Əgər şəxsin davranışı başqalarının həmin situasiyadakı davranışına bənzəyir, lakin şəxsin bu və ya başqa tipli situasiyalardakı davranışından fərqlənirsə onda biz onun hərəkətlərini xarici (eksternal) faktorlarla, situasiyanın təsiri ilə izah edirik.

Məsələn, professional fəaliyyəti zamanı kolleqasının tənqidi ilə üzləşən və bu irada çox sərt reaksiya verən bir şəxs təsəvvür edək. Əgər bu şəxs əvvəllər də işinə tutulan iradlara kəskin mənfi münasibət göstəribsə, biz onun son situasiyadakı hərəkətini onun tənqidə barışmaz münasibəti və bəlkə də işində inkişafa nail olmaq istəməməsi ilə, səbirsiz olması ilə, başqa sözlə onun personal xüsusiyyətləri ilə izah edirik. Lakin əgər, həmin şəxs əvvəllər ona tutulan iradlara müsbət yanaşıbsa, səbirlə öz pozisiyasını izah edibsə, tənqid doğru olduqda işində düzəliş edibsə, bu şəxsin son situasiyadakı hərəkətini biz onun öz işində keyfiyyətə nail olmaq üçün bacardığını etdiyi halda istədiyi nəticəni ala bilməməsi ilə və ya tənqidin doğru olmaması ilə, başqa sözlə, xarici faktorlarla izah edirik.
Просмотров: 1366 | Добавил: DUYGU | Рейтинг: 4.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]