Главная » 2011 » OKTYABR » 07
Oniomaniya və ya Şopaqolik — son zamanlar dilimizə əlavə olan əcnəbi sözlərdən biridir. XX əsrdə ABŞ-da yayılmağa başlayan şopaqolizm alış-verişə qarşı qarşısıalınmaz qüvvədir. Şopaqolik sözü "Şopaqolik" filmindən sonra daha da populyarlaşdı. Filmin baş qəhrəmanı bir dərgidə maliyyə mövzusunda yazan jurnalistdir. Özü şopaqolizmdən əziyyət çəkən və daim lazımsız şeylərə çoxlu pul xərcləyən xanım oxucularına qənaət etməyin yollarından yazır.

Təqribən 70% alış-verişi biz qeyri-iradi edirik. İnsan bəyəndiyi şeyi görəndə hər şeyi unudur, nəfəsalma yavaşıyır, dünya sanki yerində durur! Psixoloqlar deyir ki, bu zaman şopaqoliklər transa (özünü itirmək) girirlər. Onlar üçün qiymət əhəmiyyətsiz olur ki, bu da satıcılara əl verir. Geyim seçərkən şopaqoliklər onun brend olmasına üstünlük verirlər: don Dolce&Cabanna, ayaqqabı Miu-Miu, çanta Chanel və s. Şopaqolizmin səbəbləri müxtəlifdir: uşaqlıqdan sahibolma vərdişi, vali ... DAVAMI »
Просмотров: 1215 | Добавил: DUYGU | Дата: 07.10.2011 | Комментарии (0)

 PSIXOLOQ AXTARIRAM DEYENLERIN NEZERINE online psixoloq bolmesinde sizi narahat eden suallara cavab tapa,demeye sozunuz varsa,ya da sadece derdlesmek istiyirsizse buyurub yaza bilersiz.ONLINE PSIXOLOQ bolmesinde Seanslarimiz 45-60 deqiqe olur. Hər seyi atib bir az da oz problemlərinizə vaxt ayirmağin vaxtidi məncə...
Просмотров: 8807 | Добавил: DUYGU | Дата: 07.10.2011 | Комментарии (185)

Koqnitiv dissonans nəzəriyyəsi (cognitive dissonance theory) psixologiya nəzəriyyəsidir. Amerika psixoloqu Leon Festinger tərəfindən 1957-ci ildə təklif olunmuşdur.


Bu nəzəriyyəyə görə şəxs iki, bir birinə əks pozisiyanın və ya dərk edərək (cognition - koqnisiya) qəbul etdiyi ideyanın təsiri altındadırsa bu onda psixoloji gərginlik yaradır. Başqa sözlə, insan bir işi istəməyərək, şüurlu surətdə bu hərəkətlə razılaşmayaraq görürsə və ya istəyərək gördüyü işin doğru olmadığını bilirsə bu, onu narahat edir. Məsələn, nikotinin sağlamlığa zərər vurduğunu bilə bilə siqaret çəkmək, köklüyə meylli adamın, çəkisini artıracağını bildiyi halda çox yeməsi, şəxsin, imtahana hazırlaşmayacağı təqdirdə kəsiləcəyini bildiyi halda kənar, əyləncəli işlərə daha cox həvəs göstərməsi.


Sadalanan hallarda insanın düzgün hesab etdiyi baxışla (pozisiya) onun hərəkəti və ya istəyi arasında uyğunsuzluq (dissonans) mövcuddur. Bu isə insanın şüurunda gərginlik, ... DAVAMI »
Просмотров: 618 | Добавил: DUYGU | Дата: 07.10.2011 | Комментарии (0)

Atribusiya nəzəriyyəsi bir sosial psixologiya nəzəriyyədir. İlkin formasında Amerika psixoloqu Fris Hayder (Fritz Heider) tərəfindən 1944-46-cı illərdə təqdim edilmişdir və insanların, özlərinin və başqalarının davranışlarını necə qəbul etdiklərini, hansı səbəblərlə bağladıqlarını izah edir. Teoriya 60-cı illərdə Harold Kelley, Edward E. Jones və Lee Ross tərəfindən inkişaf edilmişdir.

Atribusiya nəzəriyyəsinə görə əgər şəxsin davranışı başqalarının həmin situasiyadakı davranışından fərqlənirsə, lakin şəxsin bu və ya başqa tipli situasiyalardakı davranışına bənzəyirsə biz onun hərəkətlərini daxili (internal) faktorlarla, xüsusiyyətlərlə, meyllərlə izah edirik. Əgər şəxsin davranışı başqalarının həmin situasiyadakı davranışına bənzəyir, lakin şəxsin bu və ya başqa tipli situasiyalardakı davranışından fərqlənirsə onda biz onun hərəkətlərini xarici (eksternal) faktorlarla, situasiyanın təsiri ilə izah edirik.

Məsələn, professional fəaliyyəti zam ... DAVAMI »
Просмотров: 1373 | Добавил: DUYGU | Дата: 07.10.2011 | Комментарии (0)

 Psixi hadisələri şərti olaraq üç böyük qrupa bölürlər:

1.Psixi proseslər.

2.Psixi hallar (və ya psixi halətlər, vəziyyətlər).

3.Psixi xassələr (və ya xüsusiyyətlər).

Psixi proseslər psixologiya elminin əsas kateqoriyalarından biridir. İdrak proseslərinə (duyğu, qavrayış, diqqət, hafizə, təfəkkür, nitq və təxəyyül), iradi proseslərə və emosional proseslərə birlikdə psixi proseslər deyilir. Başqa sözlə, psixi proseslər özləri də üç yarımqrupa bölünür: idrak prosesləri, hissi proseslər, iradi proseslər.

Psixi hadisələrin ikinci qrupunu təşkil edən psixi hallar və ya vəziyyətlər da müxtəlifdir. Şən əhval, affektlər, ehtiraslar, dalğınlıq, inamsızlıq, şübhə və s. psixi hallara misal ola bilər.

Psixi xassələr də psixologiya elmini kateqoriyaları içərisində mühüm yer tutur. Temperament, xarakter və qabiliyyət ... DAVAMI »
Просмотров: 1854 | Добавил: DUYGU | Дата: 07.10.2011 | Комментарии (0)

Qədimdən psixika haqqında iki təlim – materialist və idealist təlim vardır. Psixologiyanın bir elm kimi inkişafı əsasən materialit təlimin inkişafı ilə bağlı olmuşdur. Psixika obyektiv aləmin subyektiv inikasından ibarətdir. İnikas nədir? İnikas materiyanın ən ümumi xassəsidir. İnikas dedikdə iki obyektin qarşılıqlı təsiri prosesi və onun nəticəsi nəzərdə tutulur. Bu zaman həmin obyektlərdən birində əmələ gələn dəyişikliklər o birini təsiri ilə şərtlənir və sonuncunun strukturuna uyğun olur.

İ.M.Seçenov sübut etdi ki, psixika reflekor (latınca reflexus - əks olunan deməkdir) xarakter daşıyır.

Akademik İ.P.Pavlov reflektor nəzəriyyəni geniş eksperimental tədqiqatlar əsasında yeni faktlarla zəngınləşdirdi. Onun ali sinir fəaliyyəti haqqındakı təlimi reflektor nəzəriyyənin inkişafında xüsusi mərhələ təşkil edir.

Psixika haqqında elmi təsəvvürlərin formalaşmasında təbiətşünaslıq mühüm rol oynamışdır. Müasir təsəvvürlərə görə psixi funksiya ... DAVAMI »
Просмотров: 1895 | Добавил: DUYGU | Дата: 07.10.2011 | Комментарии (0)