Главная » 2011 » SENTYABR » 2 » GEC OLMADAN QUCAQLAŞIN
23:55
GEC OLMADAN QUCAQLAŞIN

 Bəlkə çox uşaqlı bir valideynsən, nəvələrin var ... bu an subaysınız ya da yaxında uşağınız olacaq. Kişi ya da qadın da ola bilərsiniz ... Əgər bu dünyaya bir uşaq gətirdimsə bəzi məsuliyyətləriniz var və onlardan biri də sevməkdir.

  Bəli, hər kəs uşağını sevər. Yaxşı necə? Qəlbən, zehnən, içdən, məsafəli? Bir şəkildə sevər insanlar uşaqlarını. Yaxşı uşaq bunu necə bilir? 35 yaşındakı oğlunuz hələ atasının onu nə qədər sevdiyini bilmiyə  bilər. 16 yaşındakı qızınız anasının ondan nifrət etdiyini düşünür ola bilər.

 Bir körpə heç qucaqdan enməz. Anaların də ataların da sinəsində yatar körpə. Bir neçə yaşında qucaqlarlar uşaqlarını, möhkəm sarılarlar. Sonra bir şey olar; məsafələr açılır. Sarılmaq bir tərəfə üz-üzə danışmazlar hətta bəzən uşaqlar və valideynləri qarşılaşmazlar belə. Halbuki sevgi hər zaman, hamımızın ehtiyacı olan bir duyğu.

  Uşağınızın sizi sevdiyini anlamaq istəyirsinizsə, onun sevginizi anlamasını istəyirsinizsə onunla qucaqlaşmalısınız. Sevgi, ən gözəl sarılaraq göstərilir. Nə bahalı hədiyyələr nə də möhtəşəm sözlər sarılmanın verdiyi etibarı, istiliyi hiss etdire bilməz.

 Böyük əməliyyatlar, ölümlər, ayrılıqlar yaşanmadan, neçə yaşında olsanız olun, uşağınız nə qədər böyümüş olur-olsun, ona möhkəm-möhkəm sarılın. Bir şey ifadə etməsəniz də olar, çünki qucaqlaşmaq başqa aləmdir öz dili vardır.Nə qədər ki gec deyil sevdiklərinizə sarılın..

Просмотров: 1292 | Добавил: DUYGU | Рейтинг: 0.0/0
Всего комментариев: 2
1 jasmin-87-b  
0
cry hetta onlar bize pislik etselerde?

2 DUYGU  
0
beli smile cunki onlar onlardi siz siz,Kimse pislik etmeyinden el cekmirse siz niye yaxsiliqinizdan el cekmelisiniz?

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]