Главная » 2011 SENTYABR 16 » İbrətamiz hekayə
14:40 İbrətamiz hekayə | |
Leysilər sülaləsinin hökmdarı Yəqub ibn Leys bir dəfə ağır xəstələnir. Ona məsləhət görürlər ki, zəmanəsinin məşhur sufilərindən olan Səhl ibn Abdullahdan onun barəsində dua etməsini xahiş etsin. Səhl ibn Abdullah əmirin sağalması üçün dua edir. Yəqub ibn Leys sağalandan sonra Səhl üçün pul göndərir. Lakin Səhl ibn Abdullah pulu geri qaytarıb, əmirə belə xəbər yollayır: «Mən indiyə kimi nə əldə etmişəmsə, sərvətlə yox, fəqirliklə əldə etmişəm. Əgər dünya malına aludə olsaydım, heç bir duam qəbul olmazdı». | |
|
Всего комментариев: 3 | |
| |