Главная » 2012 » MAY » 10 » Evlilik terapiyası-Cüt seanslar.
17:39
Evlilik terapiyası-Cüt seanslar.
  

  İnsan münasibətləri mürəkkəbdir.Birisi ilə sözün çəp gələr-bir daha onunla danışmamaq qərarı alarsan.Ancaq qadın kişi münasibətləri belə deyil ,ən azından belə olmamalıdır.Yəni əri ilə dalaşan,sözü çəp gələn qadın əri ilə daha danışmamaq,salamlaşmamaq qərarı ala bilməz.Bəzən içindən çıxılmaz hal alır münasibətlərimiz.Bu halda kənardakı şəxslər –"Oturun söhbət edin probleminizi həll edin” deyirlər.Lakin çox zaman bu vəziyyətdə olan cütlüklər hətta bir birlərini dinləməyə belə səbr edə bilmirlər.Çünki çox vaxt tərəflər eyni şeyləri təkrar edirlər.Və söhbətə başlamazdan əvvəl özlərini müdafiə mexanizmlərini işə salırlar.Qarşı tərəf ilk cumləsini dediyi an digər tərəf artıq arxasına qulaq asmır,ya o dəqiqə cavab verir Ki bu da münaqişəyə çevrilir.Ya da digər cümlələri eşitmir çünki beynində birinci cümləyə necə cavab verəcəyini düşünür.Artıq söhbəti davam etdirə bilməyən cütlüklər

 "Biz yola getmirik,

Düşüncələrimiz uyğun deyil,

Sən başqa aləmsən ,mən başqa.

Sən heç məni dinləmirsən.

Sən məni başa düşmürsən” kimi sözlər sərf edilir.

  Bu sağlam ünsiyyət deyil.Bu cür problemlər hər bir ailədə ola bilər.Evlilik terapiyası bu anda köməyə çatır.Çox problemi həll etmək üçün 3 cü şəxsin baxışı vacibdir. Cüt terapiyası ilə, siz, yoldaşınız və terapist münasibətə təkrar-amma daha ədalətli baxır,güclü və zəif tərəflərinizi ortaya qoyur.dinləməyi,soyuqqanlı olmağı,özünü qarşı tərəfə qoyaraq düşünməyi öyrədir.Problemin həlli üçün özünüzün də görmədiyiniz müəyyən detalları ortaya qoyur evlilik terapiyası.

 Bədbəxtliyin və ayrılmanın ən böyük səbəbi olaraq bir qarşıdurmanın ardından lazımlı təmir etmə işinin edilməməsi səbəb olaraq göstərməkdədir.Elə buna görə də cütlüklər evlilik terapiyalarına qatılmaqdan çəkinməməlidirlər.Üst üstə gələn problemlərin altında qalıb əzilməkdənsə növbə ilə bunları həll etmək gərək.

PSİXOLOQ GÜLNARƏ VƏLİYEVA.

Просмотров: 1302 | Добавил: DUYGU | Рейтинг: 5.0/1
Всего комментариев: 2
1 ayla  
0
cox isterdim sizinle elaqe saxlayim bele terapiyanin seansi neceye olar?
men qeydiyyatdan kece bilmedim :(((
nomre ve ya adrsinizi nece elde ede bilerem?

2 DUYGU  
0
Ayla cut terapiya haqqinda size melumat vermisem artiq smile

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]