Главная » 2011 » NOYABR » 26 » NLP da Münasibətləri Kəşf etmək
15:42
NLP da Münasibətləri Kəşf etmək

                      MÜNASİBƏTLƏRİ KƏŞF ETMƏK

 Ünsiyyət iki insanın qarşılıqlı təsirindən yaranan bir zaman kəsiyidir.Əgər aldığınız reaksiyada bir dəyişim istiyirsizsə əvvəlcə öz hərəkətlərinizi dəyişdirməlisiniz.Bu qarşımızdakı insan üçün " mənanı” dəyişdirir və sehr pozulur.Çoxumuzun bu şəkildə düşündüyü münasibətləri olmuşdur:”Bu şəkildə davranmaqdan əl çəksə,hər şey düzələcək.”Bu insan ailənizdən biri və ya iş yoldaşınız ola bilər.Daha ətraflı araşdırmaq üçün buna bənzər bir münasibət seçin.

 Sizcə onların davranışında problem yaradan nədir?Misal üçün onların çox əsəbi,laqeyd və ya həddindən artıq tənqidçi olduqlarını düşünə bilərsiniz və bu sizi qorxuda ,əsəbləşdirə və ya narahat edə bilər.Özünüzün və qarşınızdakı insanın davranışını bir "etiket” kimi təyin edin.Hansı məntiqi səviyyədə təhtid aldığınızla maraqlana bilərsiz.Bu sizin üçün bir şəxsiyyət məsələsidirmi?Yoxsa inanc və dəyərlərləmi bağlıdır.Bu münasibəti düşünmək belə sizi sıxıntılı bir ruh halına soxa bilər.Münasibətin bu halı ilə sizi apara biləcəyi bir sonrakı nöqtəyə getmək istəmirsiniz.Elə isə indi fərqli bir şey düşünün.Bu hissi özünüzdən uzaqlaşdırın.NLPdə buna ruhi vəziyyətinizi dəyişdirmək deyilir.

 İkinci olaraq münasibətin digər insanın dünya görüşü ilə nəyə oxşadığını təsəvvür edin.Bu ikinci mövqeyə keçməkdir.Sizin davranışınız onlara neler yaşadır?Buna necə etiket qoyurlar?Necə hiss edirlər?Davam etməzdən əvvəl bu ruh halını da üzərinizdən atın.

 İndi münasibətin kənarına çıxın,uzaq və tərəfsiz bir nəzarətçi olun.Bu üçüncü mövqeyə keçməkdir. Qarşınızda bir səhnə xəyal etmək bunu etmənin yaxşı üsuludur.Hər ikinizin də səhnədə durduğunuzu düşünün.Qarşınızdakının etdiklərini gözünüzdə canlandırın.Öz verdiyiniz reaksiyaları xəyal edin.

 " Bu insanın davranışını necə dəyişdirə bilərəm?” sualını " Hansı hərəkətimlə onu bu davranışa təhrik edirəm?”sualına çevirin.

 Ona başqa hansı şəkildə reaksiya verə bilərsiz?Bu tərzdə davranmağa davam etmənizə yol açan impuls nədir?

 Ünsiyyət qurarkən digər insana təsir etməyi qarşınıza məqsəd qoyursunuzsa beyninizdə bəlli bir nəticə vardır.Nə istədiyinizə qərar vermək NLPnin ikinci dirəyidir 

Mənbə Psixoloq Vəliyeva

 

Просмотров: 1516 | Добавил: DUYGU | Рейтинг: 3.0/2
Всего комментариев: 1
1 Cavid  
0
yazan ellere tewekkur

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]