Главная » 2011 » DEKABR » 23 » Bayrama psixoloji hazırlıq
14:20
Bayrama psixoloji hazırlıq

 Bayram yaxınlaşır,amma son dövrlər insanlarda bayram əhval ruhiyyəsi yoxdur.Bunu başa düşmək olar cəmiyyətdə baş verən dəyişikliklər ailələrə də öz təsirini edir.Dünyada baş verən iqtisadi çətinliklər,böhranlar,terrorlar bunlar hamısı insanın ruh halına mənfi təsir göstərir.Bunlara baxmayaraq hər kəs bayramı qeyd edir, bəlkə də məcburi edirlər amma nəticə etibarı ilə hamının evındə bir qazan da olsa yemek düzəldilir.

  Qadınlar üçün bayram nə deməkdir sualını verdim və demək olar ki, eyni cavabları aldım.Hər bir qadın bayramdan ən az 1 həftə əvvəl ev- eşiyini təmizləyir.2,3 gün öncədən isə yemək hazırlıqlarına başlayır və nəhayət bayram axşamı gözəl,səliqəli ev və möhtəşəm stol hazırlanır.Sual verə bilərsiniz hə nə olsun ki?Onsuzda etməliyik bunu.Əlbətdə etməlisiniz ancaq... İndi sizə bu tablonu daha gerçək üzünü açım. Nəhayət, bayram axşamı gözəl,səliqəli ev və möhtəşəm stol hazırlanır,uşaqlar həyat yoldaşı,qaynana,qaynata hamı yığılır süfrə arxasına üst başına,saçına vaxt ayıra bilməyən evin xanımı isə hamıya yemək çəkir.Çox zaman isə özü ya yorğunluqdan,ya da "yeməyin iysi məni tutub” deyir və əziyyətlə hazırladığı yeməkdən imtina edir.Yorğun halda bu gecənin bitməsini və günlərin yorğunluğunu yataraq çıxarmaq arzusundadır.Bunu kim inkar etsə də 2 bayramdan birində qadınlar bax bu tablodakı kimi olur.

  Bayram demək kişilər üçün evimə hər şey alım,bazarlığım tam olsun,qadınlar üçün isə yuxarıda saydıqlarım deməkdir.Bu belə olmamalıdır.İlk öncə insan bayramın gəlişini öz ruh halında bildirməlidir.Hər şeydən öncə xoş əhvallı olmalıdır,bəlkə xörəyin birini az bişirib amma stol başında gülər üzlə və səliqəli şəkildə oturmalıdır.Bu özəl günlər ailə münasibətlərinə çox təsir edir bunu unutmayın.Bəylər də öz növbəsində pijama ilə stol arxasında oturmamalıdır.

  Bayramlarda hədiyyələşmək çox önəmlidir.Halbuki bu adət bizim cəmiyyətdən silinmək üzrədir.Ən əsas da uşaqlara kiçik də olsa hədiyyə alin.Valideynlərdə olmayan həvəs və ruh düşgünlüyü uşaqlara da sirayət edir.Nəticədə evdə heç də xoş olmayan və bayrama xas olmayan aura yaranır.Həyat yoldaşları siz də hədiyyələşin bir ətir,açıqca və ya sadəcə bir kofta ola bilər.Əgər evinizdə belə bir adət yoxdursa və siz bunu yarada bilməyəcəyinizə əminsinizsə onda özünüz bunu edin.Yeni paltar həmişə xoş əhval bağışlayır insana bu sirr deyil və ya xanımlar gözəllik mərkəzlərinə gedib özlərinə zaman ayırsalar daha xoş əhval ruhiyyəli olarlar.

Bayramlar insan üçün adi gün kimi keçməməlidir.Özəl günlərdə insanlar da özəl olmalıdır.Heçnəyə baxmayaraq bu günləri xoş keçirin ki ailə üzvləri də ailəyə bağlı olsun.Ailəsi ilə zaman keçirməyi dostları ilə zaman keçirməkdən üstün tutsun.Ən əsası evdəki gülən üzləri görəndə siz də xoşbəxt olacaqsınız bu kifayət deyilmi?

Və nəhayət yorğun günlərin əziyyətini,stresini üzərinizdən atmaq üçün tez yatağa qaçan qadın olmaq yerinə,gözəl baxımlı və enerjili bir xanım olaraq gecəni romantik sonluqla yekunlaşdırmanız daha məsləhətlidir./

Allahdan xoş bayram keçirmək arzusu ilə Psixoloq Vəliyeva

Просмотров: 1068 | Добавил: DUYGU | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]