Главная » 2012 » FEVRAL » 26 » Xocalı soyqırımı-Qan yaddaşımız!!!
13:49
Xocalı soyqırımı-Qan yaddaşımız!!!


Bugun Xocalı soyqırımının 20-ci il dönümüdür.Ermənilər tərəfindən həyata keçirilən bu qəddarlıq və vəhşilik zamanı-

613 Şəhidimizin 106 nəfəri qadın, 56 nəfəri azyaşlı uşaq idi.

• 487 nəfər yaralandı.

• 8 ailə bütövlükdə məhv edildi.

• 25 azyaşlı uşaq hər iki validəynini itirdi.

• 130 uşaq validəynlərindən birini itirdi.

• 59 nəfər xüsusi qəddarlıqla qətlə yetirildi.

• 1000 nəfərdən çox şəhər sakini əlil olub.

• 1275 nəfər əsir və girov götürüldü.

• Əsir düşənlərdən 150 nəfəri itkin düşüb və taleyi bu günədək məlum deyil...

Bu dəhşətə ,bu statistikaya dünya birliyi hələ də susur!!!

20 il keçməsinə baxmayaraq hələ də sağ qalanlara,o dəhşəti yaşayan dinc əhali və əsgərlərə,ən əsası girov götürülmüş zülm edilmiş insanların ruh halı ilə məşğul olan yoxdur.Onlara psixoloji yardım edilməmişdir...

Просмотров: 1425 | Добавил: DUYGU | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]