Главная » 2011 DEKABR 13 » Günün sözü-Sual cavab
14:29 Günün sözü-Sual cavab | |
Bir kişi Həzrəti Əlinin (ə) yanına gəlib dedi: " Mən yeddiyüz fərsəx yol gəlmişəm ki, Sizdən 7 sual soruşum.” Həzrət Əli (ə) buyurdu: "Buyur soruş”. Həmin kişi soruşdu: 1. Səmadan daha böyük olan nədir? Həzrət (ə) buyurdu: "Günahsıza yalan bağlamaq” 2. Yerdən daha böyük olan nədir? Həzrət (ə) buyurdu: " Haqq yerdən daha genişdir.” 3. Oddan daha isti olan nədir? Həzrət (ə) buyurdu: " Hərislik oddanda daha istidir.” 4. Buzdanda daha soyuq olan nədir? Həzrət (ə) buyurdu: " Paxıl adamın yanına hacət aparmaq buzdanda daha soyuqdur.” 5. Dəryadan daha ğəni olan nədir? Həzrət (ə) buyurdu: " Qane olan insan dəryadan daha ğənidir. 6. Daşdan daha möhkəm olan nədir? Həzrət (ə) buyurdu: " Kafirin ürəyi daşdan daha möhkəmdir.” 7. Yetimdən daha zəif olan nədir? Həzrət (ə) buyurdu: " Söz gəzdirən yetimdən daha zəif və daha artıq biçarədir | |
|
Всего комментариев: 7 | |||||
| |||||