Главная » 2011 » NOYABR » 26 » Psixologiyaya tarixi baxış
14:41
Psixologiyaya tarixi baxış
Psixologiya elmi qədim tarixə malikdir. Psixoloji anlayışlar sistem şəklində ilk dəfə olaraq Aristotelin (eramızdan əvvəl ıv əsr) "Ruh haqqında” traktatında şərh olunmuşdur. Traktatın adına diqqət edin: o, psixologiya deyil, "ruh haqqında” adlanır. Bu təsadüfi deyildir. Uzun müddət (XIX əsrin sonlarına qədər) psixologiya elmi fəlsəfəyə aid fənn hesab olunub. Avropa ədəbiyyatında mental (latın sözü olub psixi olan deməkdir) fəlsəfə, ruhiyyat, pnevmatalogiya (pnevma – yunan sözü olub nəfəs, ruh deməkdir) adlandırılmışlar.

XVIII əsrin sonuna qədər psixologiya sözü nə ingilis, nə də fransız ədəbiyyatında işlənilməmişdir. Alman ədəbiyyatında isə psixologiya sözü ensiklopedist alim Xristian Volfun 1732-ci ildə "Emprik psixologiya” və 1734-cü ildə "Rasional psixologiya” kitabları nəşr olunandan sonra məlum olmuşdur.

Azərbaycanda psixologiya termini XIX əsrin sonu – XX əsrin əvvəllərində rus psixoloqlarınıın vasitəsilə işlənməyə başlanmışdır.
Просмотров: 1227 | Добавил: DUYGU | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]