Главная » 2012 » İYUN » 21 » Kleptomaniya psixoloji xəstəlikdir.
11:52
Kleptomaniya psixoloji xəstəlikdir.

 Elə insanlar var ki, hər hansı bir əşyaya ehtiyacı olmadığı və ya onu ala biləcək qədər maddi vəziyyəti yaxşı olduğu bir halda, oğurluq edərək o əşyaya sahib olurlar. Bu insanları kliptoman adlandırmaq olar. Kliptomaniya öncədən planlaşdırılmış və ya kimdənsə qisas almaq məqsədi ilə edilmiş bir hərəkət deyildir. Çünki kleptoman etdiyi hərəkətin yalnış və uyğunsuz olduğunu bilə – bilə oğurluq edir. Onlar sanki oğurluq etməkdən zövq alır və bu hərəkətlərilə daxili rahatlıq tapırlar. Bəzən onlar oğurladıqları əşyadan heç istifadə etmədən, onu tullayırlar. Belə insanlar oğurluq etmək üçün heç vaxt başqalarından yardım istəmirlər.

 Kleptomaniya uşaq yaşlarından üzə çıxan psixoloji narahatçılıqdır. Belə insanlar bu davranışı etməzdən öncə, özlərində yorğunluq və çatışmazlıq hiss edirlər. Oğurluq etdikdən sonra isə xoşbəxt və rahat olurlar. Çox vaxt kleptomaniya diaqnozu qoyulan xəstələrdə dipersanalizasiya (yüksək dərəcədə məsuliyyətsizlik) halları da müşahidə olunur.

 

 Araşdırmalar nəticəsində məlum olmuşdur ki, saxlanılan mağaza oğrularının 5-25%- i kleptomaniya xəstəliyindən əziyyət çəkirlər. Həmçinin qadınlarda bu xəstəliyə kişilərdən 4 dəfə çox rast gəlinir. Qadınlarda təqribən 30-35 yaşlarında, kişilərdə isə 50-55 yaşlarında bu narahatçılıq özünü daha çox biruzə verir.

 

 Kleptomanik davranışların baş verməsinə səbəb insanların uşaqlıq çağlarında yaşadıqları bəzi hadisələrdir. Araşdırmalar nəticəsində məlum olur ki, belə insanlar uşaqlıq dövründə olduqca böyük travmalar almışlar. Bu xəstəlik insanlarda həmin tarvmaların və özünə inamın aşağı olması nəticəsində ortaya çıxır.

 

 Kleptomaniya insan həyatında bəzi itkilərin baş verdiyi zaman da ortaya çıxa bilər. Məsələn, uşaqları evdən ayrılmış qadınlarda, kişilərdə andropoz müddətində belə hallara rast gəlinir. Qadınlarda narahatçılığın artdığı hamiləlik vaxtlarında da bu cür hallar özünü biruzə verir. Xüsusən də hamilə qadın başqa bir evə qonaq getdiyi zaman, qida maddələrinə qarşı etdiyi bu davranış diqqəti daha çox cəlb edir.

 

 Bu xəstəlik insanlarda cinsi problemlerin nəticəsi kimi də ortaya çıxa bilər. Bəzi psixiatrların fikrincə belə hərəkətlər uşaq 3- 5 yaşlarında olarkən Freydin "fallik mərhələ” kimi adlandırdığı dövrdə, uşağın diqqətinin cinsi orqanlarına yönəldiyi mərhələdə yaşadığı travmalarla bağlıdır.

 

 Qeyd etmək lazımdır ki, çox tanınmış və varlı insanların ailələrində tərbiyə almış uşaqlarda da kleptomaniya hallarına rast gəlinir. Tarixdə Fransa kralı IV Henri və Sardunya kralı Victorun da kleptoman olduğu sübut edilmişdir. Azərbaycanda isə tanınmış qanunda oğru olan Zerkalo Klaranı buna misal göstərmək olar.

 

 Qeyd etmək istərdik ki, əgər cinayət zamanı saxlanılan şəxsin kleptoman olduğu sübut edilərsə, hakimlər tərəfindən onun cəzası nisbətən yüngülləşir.

 

 Belə narahatçılığı olan insanlarla psixoterapevt ve ya psixoloq məşğul olmalıdır. Bu zaman insanın keçmişi və bu anı ilə bağlı olan, şüurunu zədələyən hallar ortaya çıxarılır və aradan qaldırılması üçün müxtəlif terapiyalardan istifadə olunur. Bəzi hallada dərmanla müalicə də məsləhət görülür. Xəstəlik bu usullarla tamamən müalicə olunmazsa hipnoz üsulundan uğurlu nəticə əlde etmek ucub istifadə etmək olar

Просмотров: 1145 | Добавил: DUYGU | Рейтинг: 5.0/3
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]