Главная » 2012 OKTYABR 1 » Şəxsi İnkişaf Və Psixologiya. İd.Eqo.Supereqo
23:06 Şəxsi İnkişaf Və Psixologiya. İd.Eqo.Supereqo | |
. İd, eqo və superegonun fərdin şəxsiyyətindəki fərqli şəkildə əks olunmaları Psikoanalitik qaydanın təməlidir. Bu üçlükdən hər hansı biri daha aktiv olduqda aşağıdakı üç şəxsiyyət tipi ortaya çıxır. "Erotik tip" Freudun tərifiylə "sevgi itirmə" qorxusuyla yaşayar və xüsusilə özündən sevgini əsirgəyənlərdən asılı olaraq yaşayarlar. "Obsesif tip" vicdanı ilə mübarizə edənlər . "Narsist tip" isə özünü yaşatma və davam etdirmə mübarizəsindədir. Kaliforniyada aparılan bir anketdə H. Peskin qaydasını bilən fərqli fərdlərdən yuxarıdakı sözünü etdiyimiz şəxsiyyət tiplərinə nümunə vermələrini istənilmişdir. Fərqli fərdlərin ayrı-ayrı etmiş olduqları anket olduqca yüksək bir əlaqə göstərmişdir. Cədvəl 8.1 də "Erotik", "Obsesif", "Narsist" şəxsiyyətlərə uyğun olan və olmayan xarakterik xüsusiyyətlər yer alıb. Bu əlamətlər Freydin şəxsiyyət tiplemesi mövzusunda mütəxəssislərin fikir birliyində olduğu sübut etmişdir. Cədvəl 8.1: Erotik, Obsesif, Narsist tipləri Xüsusiyyətləri; Erotik tipik xüsusiyyətləri; - Başqaları ilə olmağı sevir. - Kütləni sevir. - Özünü və başqalarını, "məşhur", "doğru olanı etmək", "ictimai təzyiq" kimi dəyərlərlə qiymətləndirir. - Şişirtməyi sevir. Obsesif tipik xüsusiyyətləri; - Tənqidçidir, şübhəçidir - Asan asan təsirlənməz - Obsesif və şüurlu olmaqla öyünəndir - Sadə hadisələri kompleks bir şəkildə şərh edir. Narsist tipik xüsusiyyətləri; - Qüsurlarını başqalarına atır - Başqalarıyla münasibətlərində özünü bəyənir - Özü ilə əlaqədar narahatlıqlarının şüurunda deyil. - Özündən razıdır. | |
|