Главная » 2012 » FEVRAL » 8 » NLP Beynimizi proqramlamaq.
19:52
NLP Beynimizi proqramlamaq.

 ALT SİSTEMLƏR


  Beş duyğu orqanı-görmə,eşitmə,hiss etmə,dad və iybilmə-daxili təcrübələrimizin əsasıdır və bunlara duyğu üzvləri də deyilir.

   Duyğularımızla xarici dünyada edə biləcəyimiz hər ayrı-seçkiliyi daxili dünyamızda da edə bilərik.Məsələn,rəngləri görərək hem beynimizdə,həm də xarici dünyada uzaqlığı sezirik.NLP-də bu fərqlərə alt sistemlər deyilir.Alt sistemlər duyğularımızın daha kiçik hissəsini təşkil edir;bütün rəsmlər,səslər və duyğuların yaradılma tərzidir.Bunlar hər bir təcrübəni xüsusi edən xüsusiyyətlərdir.

   Rahatlayın və xoş bir anınızı xatırlayın.Bununla bağlı beyninizdəki şəklə baxın.Əgər bunu obrazlaşdırmaqda çətinlik çəkirsinizsə nə görə bilirsinizsən görün.Şəkil ağ-qaradırmı,yoxsa rənglidirmi?Hərəkətlidirmi yoxsa sabitdir?Rənglər parlaq,əlvandırmı?Şəklə öz gözünüzləmi baxırsız,yoxsa özünüzdə bu şəklin içindəsiniz?Bütün bunlar görmə alt sistemlərdir.Qoy şəkil yavaşca itib getsin.

  İndi bu xatirənizdəki səsləri dinləyin.Bunlar yüksək və ya alçaqdırmı,yaxın və ya uzaqdırmı?Davamlıdırmı?Səslər aydındırmı yoxsa boğuqdurmu?Hansı tərəfdən gəlirlər?Bunlar eşitmə alt sistemləridir.İndi qoy səslər itsin.

  İndi duyğular.Bədəninizin hansı nöqtələrində tapılır?Bu hisslər böyük yoxsa kiçikdir?İsti ya soyuqdur?Nə qədər şiddətlidir?Hansı sahələri əhatə edir?Bunlar toxunuş alt sistemləridir.Qoy duyğularınız itsin.

  Xatirələrimiz,ümidlərimiz və inanclarımızdan hər birinin alt sistem bünövrəsi vardır və onlara bu yolla mənalar veririk.Daha sonra onlar haqqında duyğu sahibi oluruq.Bu həm bir dəfəlik hadisələr(məsələn,”ilk görüşünüz”) həm də təcrübə sinifləri( məsələn,”sevgi”,”inanclar”,”baş qarışıqlığı”,və ya "xobbilər”) üçün keçərlidir.

Psixoloq Vəliyeva
Просмотров: 1577 | Добавил: DUYGU | Рейтинг: 3.6/5
Всего комментариев: 1
1 gulya  
0
maraqlidir.ancaq men bilmek isterdim urek sixintisina dair bele meslehetlerniz varmi

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]