Главная » 2011 » NOYABR » 26 » Evlilik psixologiyası
15:27
Evlilik psixologiyası

Evlilik psixologiyasi 

Qadın kişi münasibətlərində bəzən balansı yarada bilmirik.Əlimiz heç nəyə çatmayanda əşi bütün ailələrdə söz söhbət olur deyib üstündən xətt çəkirik.Bu acizlikdənmi irəli gəlir yoxsa problemi uzatsaq haqsız çıxan bizmi olacıq ona görə?Və ya dava dalaş salırıq iki tərəf də incinir.Nəticə isə yoxdur.Elə ya da belə nəticədə- problem həlsiz qalır..

 Hansı tərəfi dindirsək problemin qarşı tərəfdə olduğunu iddia edəcək.Qarşı tərəfdəkinin pislərini sayacaq ki sayacaq.Danışacıq danışacıq ...Amma problemin həlli üçün çalışmırıq sadəcə ürəyimizi açırıq ,rahatlıyırıq sanki.Bəzən də elə olur səhvin bizdə olduğunu bilirik amma bununla baş edə bilmirik.Belə də olur ki,səhvlərimiz göz qabağında olur amma qəbullanmırıq.Uşağın oyuncağı yerə düşəndə yerdən qaldırmağı sevmir onunla oynayanda ,əylənəndə xoş gəlir.Amma yerə düşəndə sahiblənmir səbəbi müxtəlif ola bilir.Bəzən bezir ,bəzən yorulur ,bəzənsə yeni oyuncaq tapır deyə kohnəni əlindən atır.Amma yerdən onu qaldırmadıqca həmişə onun üçün əngəl olacaq ayağına dolaşacaq elə deyilmi?Elə isə biz də bizə aid olan səhvləri görək və özümüzə götürək.Yaşanmışları dərs sayaq neçə yaşımız olur olsun öyrənməyin yaşı yoxdur.Hər səhvmizdən bir düz kəşf edək.Qadın və ya kişi- bir birimizin qeydinə qalaq .Çalışaq problemlərimizi ötürməyək. Həll edə bilməsək də ən azından bunun üçün çalışaq.Baş edə bilməyəcəyimiz şeydirsə profesional yardım alaq.Burda utandırıcı bir şey yoxdur.Əksinə bu sizin şüurlu davranışınızın sübutudur. Əks halda vurdum duymaz olacaqsız bir birinizə qarşı.Eynən yuxarıdakı karikaturadakı kimi...

Müəllif-Psixoloq Gülnarə Vəliyeva

Qeyd:Psixoloqun bu məqaləsi türk psixologiya saytinda da yer alır. Aşağıdakı linkdən daxıl olub baxa bilərsiniz.

http://www.pdrevi.com/pdr-ye-dair/yazarlarımızın-gönerileri/gulnare-veliyeva-nın-yazıları/109-evlilik-psikolojisi

Просмотров: 2309 | Добавил: DUYGU | Рейтинг: 0.0/0
Всего комментариев: 3
3 psixoloq  
0
məqalələri oxudum həqiqətən ailə məsələləri çox qarışıqdı smile

1 Sevinc  
0
Salam

2 DUYGU  
0
salam

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]