Главная » 2011 NOYABR 29 » Naməlumun ömür nəğmələrindən AĞ-QARA
00:23 Naməlumun ömür nəğmələrindən AĞ-QARA | |
![]() Hər hərfdə, hər cümlədə əzab vermək sənə. Ölmüş ümidlərimin qisasını almaq, ailəsini itirmiş uşaq kimi. Gün keçdikcə susqunlaşmaq. Gülməyi unutmaq, yuxunu yadırğamaq. Hər səhər səni arzulamaq, göyqurşağına susayan kor kimi. Səni unutduracaq hər qadında gözlərini görmək, hər öpüşdə duymaq dodaqlarını. Bezmək yalanlardan, bezmək "unutmuşam" kimi maskalardan, bezmək mahnıdan, şeirdən, yazıdan, insanlardan. Üşümək yad baxışlarda, titrəmək sənin hər "sevmirəm"lərində, hər "istəmirəm"lərində dünyaya küsmək, həyata küsmək. İyrənmək hər şeydən, ən çox da səndən və gözlərindən. Ancaq daha gözəl ola bilərdi hər şey. Qanadlarımızı çalıb qaçardıq buralardan, arxamıza belə baxmadan. Görmək istədiyim şəhərləri gəzmək səninlə. Sevdiyin içkilərdən özümüzdən çıxanadək içmək. Üşümək, otel balkonlarında qucaqlaşıb ulduzları seyr edərkən. Məsələn elə Parisdə, şəkilini çəkən rəssamı paxıllığa boğmaq, Barselonada gitaristlərə kağız parçası atıb "no volvere" sifariş etmək, dəli kimi rəqs eləmək, yağışın altında. Qısqandırmaq bütün sevgililəri. Dərvişlər kimi hər qarışını dolaşmaq aşiqlər şəhəri Konyanın. Mövlananı xatırlamaq, Şəmsi duymaq hər günəş gözümüzü yandıranda. Daha neçə şəhərdə özümüzdən bir işarə qoyub ayrılmaq. Adını belə bilmədiyimiz dənizlərə dalmaq, çay kənarlarında bir gödəkcəni, bir şüşəni, bir ocağın istisini paylaşmaq. Sahillərdə adımızın baş hərflərini yazmaq, dalğa onları pozanda üzülmək. Bir də yazmaq, bir də, bezmədən, usanmadan. Söhbətləşərək yuxuya getmək. Hələdə qürurunu daha çox sevirsənsə, bu lənətə gəlmiş hissiyatın daha güclüdürsə, sonradan peşmanlığı belə gözə alırsansa - Gəlmə... Üşümürəm, bezmirəm. Ürəyin, beynin mənim olmadıqdan sonra, quru bədən hər fahişədə var. Naməlumdan | |
|
Всего комментариев: 10 | ||||||
| ||||||