Главная » 2011 » NOYABR » 28 » Hipnozla Terapiya
23:48
Hipnozla Terapiya
Psixiatrik Problemlərin Həllinde Hipnozun istifadə edilib edilməyəcəyinə Psixiatr Qərar Verir

Hipnoz zədə almış insanların müalicəsində istifadə edilə bilər. Amma anımsanan hər anının gerçək olmama ehtimalı da vardır. Digər tərəfdən hipnoz istifadə edilərək yaddaşın yenidən konfiqurasiya edilə biləcəyi və gerçək ilə xəyalın qarışa bileceyi də unudulmamalıdır. Psixoloji zədə sonrasındakı müalicə çox istiqamətlidir və bir çox texnikanın və dərman müalicəsinin keçirilməsini tələb edə bilər. (D. Spiegel)

Hipnozun depressiyada istifadəsi təhlükəlidir. Araşdırmalar, xüsusilə orta və irəli səviyyədəki depressiya xəstələrində, hipnozun vəziyyəti pisləşə bileceyini göstərir. Hətta bəzən xəstələr, bir intihar təşəbbüsü kimi, hipnozu vəziyyətlərini pisləşdirmədə istifadə edilə bilməkdədirlər. Terapist istifadə etməyə qərar versə də çox diqqətli və idarəli olmalıdır. (G. D. Burrows və S. G. Boughton)

Hipnoz şəxsiyyət pozuqluqlarında da istifadə edilə bilər amma hipnozu edən adamın üst səviyyədə təcrübəs(n)i olması lazımdır. Bu kəslərin irəli səviyyədə psikanalitik məlumat və təcrübəsi də olmalıdır. 

Yemə pozuqluqlarında (anoreksiya nevroza və bulumuya nervoza) hipnoz çox az fayda verir. Onsuz da bu narahatlıqlar ən müqavimətli psixiatrik pozuqluqlardır. 

Cinsi funksiya pozuqluqlarında ümumi müalicəyə hipnozun qatılması ilə müalicənin müvəffəqiyyəti arta bilər. Hipnoz ilə cinsi funksiya pozuqluğunda təsirli olan düşüncələr, çağırışımlar, simvollar və obrazlar dəyişdirilə bilər.

Ağrılı vəziyyətlərdə də hipnozdan faydalanıla bilər. Ağrının sürətli ortaya çıxdığı və qısa sürdüyü vəziyyətlərdə çox təsirli ola bilər. Amma uzun davamlı və keçməyən ağrılarda daha əhatəli bir psixiatrik müalicəyə ehtiyac duyulur. Uzun davamlı ağrılar psixoloji qaynaqlıdırsa və gərginliklə əlaqəlidirsə  hipnozun faydası artmaqdadır.

Diş həkimləri də hipnozu, qayğının və qorxunun azaldılmasında istifadə edə bilməkdədir. Amma hipnoz tətbiq olunmadan əvvəl xəstənin psixiatrik və psixoloji şikayətlənmələri araşdırılmalıdır. Əgər bir psixiatrik problemi varsa hipnoz istifadə edilməməlidir. 

Nəticə olaraq hipnozla əlaqədar olaraq aşağıdakı nöqtələr gözdən qaçırılmamalı ,bunlara diqqət yetirilməlidir:


1. Hipnozun bir müalicə üsulu olaraq istifadə edilib istifadə edilə bilməyəcəyinə psixiatrlar və klinika psixoloqlar qərar verə bilər, çünki yalnız bu iki qrup qanuni olaraq müalicədə rol almaqla səlahiyyətlidir və yalnız bu iki qrup xəstənin xəstəliyi mövzusunda kafi qanıya sahib ola bilər. 
2. Hipnoz bəzi xəstəliklərin müalicəsində ön plana çıxsa da, bəzi kəslərin iddia etdiyi kimi hər xəstəliyin müalicəsində istifadə edilə bilməz. 
3. Hipnozu istifadə edən kəslər çox təcrübəli və etibarlı olmaq məcburiyyətindədir, çünki adamın təhtəlşüuruı ilə işləməkdə və iç dünyasının dinamiklərini ələ alınmaqdadır.  
4.Müraciət etdiyiniz kəslərin psixiatr ya da klinika psixoloq olub olmadığını mütləq sorğulayın. Ruh sağlamlığınız çox əhəmiyyətlidir, laqeyd yanaşmayın. 


Просмотров: 2252 | Добавил: DUYGU | Рейтинг: 1.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]