Главная » 2011 » İYUL » 5 » Depresiyanın növləri
01:23
Depresiyanın növləri
1.Yuxu pozuntuları sıxdır.Yuxusuzluq,gecə tez-tez yuxudan oyanmaq ,sabah tezdən oyanmaq və təkrar yata bilməmək və yaxud həddən artıq çox yatmaq

2.Yemək problemləri sıxdır.Az yemə və bununla bağlı arıqlama və yaxud çox yemə və buna bağlı olaraq həddən artıq kökəlmək.Xəstələr dietada olmadıqları halda 1 ayda ümumi çəkinin 5 %- indən çox olmaqla arıqlayır və ya kökəlirlər.

3.Lazımsızlıq,ümidsüslük duyğuları.Xəstələr əsasən bir işə yaramadıqlarını düşünürlər.Gələcək ümidsiz və qaranlıdır.Depresiya ilə bağlı ümidsizlik və kədər hissləri o qədər şiddətlidir ki,xəstələr yaşamağa olan marağını itirir,heç nədən zövq ala bilmirlər.Cinsi istəksizlik hiss olunur və xəstələr yataqdan çox zaman çıxmaq istəmirlər.Xəstələr bütün günahın özlərində olduğun zənn edirlər.

4.Kansentrasiya çətinliyi,qərar verməkdə çətinlik ola bilər. Xəstələrdə kansetrasiya və diqqət toplamaq o qədər çətin olur ki, hər hansı bir mətni təkrar-təkrar oxuduqları halda yadlarında heç nə qalmır.

5.Enerji azlığı,yorğun hiss etmə,hər şeyə qarşı laqeyid olmaq.Əsasən səhər yorğun halda yuxudan qalxılır və bu yorğunluq halı gün boyu dəvam edir.Əvvəllər zövqlə etdikləri işi artıq dəvam etdirmək istəmirlər.Yalnız qalmaq istəyirlər

6.Ölmək istəmək ola bilər.İntihar etmək və ya intiharı etməyə təşəbbüs ola bilər.Bir çox xəstələr intiharın dində günah olduğu üçün bu yola əl atmırlar ancaq bəziləri isə buna nail olurlar.


Major depresiyanı hər kəs eyni keçirmir.Buna görə də major depresiya özü də bir neçə yerə bölünür:1.Xroniki davam edən depresiya.2.Atipik depresiya.3.Melanxolik depresiya.4.Doğum sonrası başlayan depresiya(post partum depresiya) 5.Fəsillə əlaqəli depresiya6.Distim depresiya(uzun və zəif depresiya)
Melanxolik depresiyaXəstələrin sosial aktivasiyası və öz hobbilərinə qarşı maraqları azalır.Dostlarıyla və ailəsi ilə bir yerdə olmaq istəmirlər.Daha əvvəl maraqla etdikləri işi artıq etmək istəməzlər.Həyatlarında yaxşı seylər olsa belə bunda xoşbəxt olmazlar.Xəstələr oyanmaları lazım olduğu vaxtdan daha tez oyanmış olurlar və sonrasında da yatmağa çalışsalar belə yata bilmirlər. Bu depresiya ən çox səhər müşahidə olunur.Xəstələrin hərəkətləri normaldan daha yavaş və ya daha tez ola bilir.İştahsızlıq olur və həddən artıq arıqlayırlar.Hər şeydən özlərini günahlandırırlar.
Post partum depresiya(doğuş sonrası depresiya)Qadınlarda doğuş sonrası depresiya keçirmə halı 10-15 %-dir.Depresiya özünü doğuşdan sonra 6 ay içində göstərir.Xəstələrdə adətən tez özündən çıxma,birdən-birə ağlamaq,gərginlik ola bilər.İlk dəfə doğum etmiş qadınlarda bu depresiya daha çox görünür.Doğuşdan sonra ani hormon dəyişiklikləri qadına çox pis təsir edir.Uşağın tez-tez ağlaması və ananın onun nəyə görə ağlamasını bilməməsi xəstəni daha da pis vəziyyətə salır.
Atipik depresiyaBu depresiya digərlərindən fərqlidir,belə ki,xəstələrdə gərginlik,halsızlıq halı həmişə olmaya bilər,bəzən olduqları mühitdən asılı olaraq çox şən gülərüz görsənə bilirlər.Xəstələrdə iştahlılıq və kilo artımı ola bilər.Belə xəstələr bütün günü ağrıdan əziyyət çəkirlər amma onların ağrıları tamamilə psixolojik olur.Ani şəkildə bayılmalar ola bilər, əsasən də insanların çox olduğu yerlərdə bayılma halları artır.Bu insanlar əsasən rəddedilməyə qarşı çox həssasdırlar və rəddedildikləri zaman çox əsəbi və dağıdıcı olurlar.Buna görə də ailəylə,dostlarla və is yerində bəzi çətinliklərlə qarşılaşırlar.
Distim depresiya(uzun və zəif depresiya)Ən az iki il davam edən və zəif keçirdilən depresiyadır.Arada bir-iki gün sağalmış kini görsənə bilərlər amma,əsasən depresiya halında olurlar.Bu depresiyada olan şəxslər də gərginlik və həssaslıq keçirdirlər amma ağır depresiya ilə müqayisədə çox zəif halda bu proseslər duyulur.Səbəbi bilinməyən bədən ağrıları,halsızlıqlar olur.bu depresiyanı digərlərindən fərqləndirən cəhət onun daha uzun müddət davam etməsidir.
Fəsillə əlaqəli depresiyaBəzi xəstələrdə depresiya mövsümi xarakter daşıyır.Təkrarlayan depresiya həmişə eyni fəsilə təsadüf edir.İlin digər fəsillərində isə həmin şəxs özünü çox yaxşı hiss edir.Bütün ağır depreiya halları bu depresiyadada özünü göstərir.Əsasən havanın tutqun olduğu payız və qış aylarında bu depresiya özünü daha çox göstəri
r
Просмотров: 5138 | Добавил: DUYGU | Рейтинг: 3.7/6
Всего комментариев: 9
9 Nicat  
0
qeydiyyatdan nece kece bilerem ? tapmadim basa salin zehmet deyilse

8 Nicat  
0
smile ehhh mende bu veziyyetdeydim

6 qumru  
0
salam xanim.men depressiyadayam ayrilmisam, hec bir isim alinmir,her seye eseblesirem sixinti,umudsuzluk icindeyem. bir sozle hec xosbext deyilem hal hazirda mualice aliram eseblerim de pozulub. heyatdan cox naraziyam ozumu tenha hiss edirem.refiqelerim mene psixoloqa getmeyi meslehet bilir.amma mene ele gelir ki psixoloq da mene komek ede bilmez.men ne ede bilerem?

7 DUYGU  
0
Birinci inanin daha sonra saytda qeydiyyatdan kecin ve Psixoloqla danisin,Eger komek etmese ikinci seansa gelmersiz smile

4 Fidan  
0
salam, xanim men men hem depressiya,hem nevroz,hem de qorxu kecirtmisem..sizin fikrinizce men sagalacam?psixoloq mene komek ede biler,bilerse kimi meslehet gorursuz,hara ve kimin yanina gedim..nolar cox pis veziyyetdeyem yardim edin,yalvariram....

5 DUYGU  
0
Fidan xanim sakit olun,Qeydiyyatdan kecin saytin Psixoloqu size komek edecek

2 Fizza  
0
melanxolik mi oluram indi ama mende deyiwgendi her wey bezen o qeder guluremki ama hemin guluwun arxasi ancaq aglamaqli olur niye?

3 DUYGU  
1
Fizza Psixoloqla danisin bunlari,suallarinizi cavablandirsin

1 TurkaN_  
2
mende yoxdu bele pozgunluqlar ama bildim indi depresiyaya duwen nece olur))))))))))

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]