Главная » 2011 » DEKABR » 27 » Yeni il
00:43
Yeni il

Videoya baxarkən sağdakı mavi zolaqdakı müsiqini keçirin zəhmət olmasa!


Yəgin bu mahnı və bu multik hamının yanındadı.Adamın yenidən uşaq olmağı gəlir.Uşaqlarınızı indiki mənasız və şiddət saçan,nə olduğu bilinməyən əcaib məxluqlar,lüt qızlar,daim savaşan və dünyanı ələ keçirməyə çalışan və bu yolda müharibə edən, insan öldürən naməlum məxluqlarla dolu multfilmlər yerinə gözəl köhnə rus multfilmləri ilə böyüdün.5 dəqiqəlik multfilmdə uşağa faydalı bir məsləhət verildi-o gözəl ağacı niyə kəsirsən,onunla oyna qoy o hamını əyləndirsin.İndiki multfilmlərdə isə əksinə bombalar yer üzünü hətta başqa planetləri,insanları belə məhv edir.Uşaq isə ağ vərəqdi o cür şeylərdən tez təsirlənir.Baxdığı gördüyü,oxuduğu şeyləri öz həyatında tətbiq etməyə başlayır.Hələ prayming effekti güclü olan uşaqlarda bu fəlakətlə nəticələnir.

  Az yaşlı körpələrin uşaqlıqdan psixologiyaları pozulduğundan böyüyəndə dünyamızı oğrular,canilər,cinayətkalar,etirazçılar bürüyəcək.Bunun qarşısını uşaqlıqdan alın.Saatlarca davam edən mənasız və faydasız multfilmlər yerinə 5 və ya 15 dəqiqəlik bu cür multfilmlərə baxması daha məsləhətdir.Valideylərə bir psixoloq kimi səslənirəm bu cür şeylərə diqqət edin tək multfilmlərə deyil,komputer oyunlarına qarşı da seçici olun.


Просмотров: 1080 | Добавил: DUYGU | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]