Главная » 2011 » İYUN » 26 » BELKE PSIXOLOQA MURACIET ETMEYIN VAXTIDIR?
17:19
BELKE PSIXOLOQA MURACIET ETMEYIN VAXTIDIR?
Azərbaycan regionlarında psixoloqa müraciət edənlərin sayı "yox" dərəcəsində olsa da, Bakıda artıq əhalinin 35-40 faizi psixoloqlara üz tutaraq onlardan lazımi məsləhətlər alır. Azərbaycan Praktik Psixoloqlar Assosiasiyasının prezidenti Elmira Mirzəyevanın sözlərinə görə insanlar hələ də psixoloq və psixiatr arasındakı fərqi başa düşə bilmirlər. Psixoloqa sağlam insanlar onları narahat edən hansısa problemlə bağlı müraciət edir, psixoloq isə onlara yalnız məsləhət verir. Psixiatra isə xəstələr müraciət edir. Psixiatr xəstələrin müalicəsində dərmanlardan istifadə edir.

Psixoloq Azərbaycanda gənc nəslin psixoloji durumu ilə bağlı bəzi problemlərin olduğunu da istisna etməyib. O, belə hesab edir ki, uşaqların yeniyetməlik dövründə baş verən intiharlar, evdən qaçmalar valideynin övladına qoyduğu qadağaların və işlətdiyi məişət zorakılığının nəticəsidir. Buna görə də valideynlərin tibbi, psixoloji baxımdan maarifləndirilməsi lazımdır: "Əvvəllər nənələr, analar uşaqları yatıran zaman ona layla çalar, nağıl danışardılar. İndi isə gənc analar uşaqları yedirən və yatıran zaman onları müəyyən üsullarla qorxudurlar. Bunun da nəticəsində uşaqlarda qorxu, stress yaranır. Stress içində yatan uşağın əsəbləri sakit olmaz. O, yatanda da qorxulu yuxular görəcək. Bu üsulla biz uşaqlarda nevroz yaradırıq. Nəzərə almaq lazımdır ki, bir çox xəstəliklər də qorxudan yaranır".

O əlavə edib ki, övladlarının psixoloji durumunun normal olması üçün valideynlər uşaqlarla davranışlarını düzgün qurmalıdırlar: "Hər bir uşaq əlinin zəhməti olan nə isə yaratmaq istəyir. Ata-analar isə ona "sən bunu edə bilməzsən" deyərək onda inamsızlıq yaradırlar. Uşaq səhv hərəkət etdikdə valideyn ona hədə-qorxu gəlməməlidir. Azərbaycanda ailə quranda, peşə seçimi zamanı valideynlər uşaqlara heç də sərbəstlik vermirlər. Bu gün Azərbaycan ailələrində valideynlər övladlarının ailə qurma işinə çox böyük müdaxilələr edirlər. Bu da erkən nikahların və yeni qurulmuş ailələrin dağılmasına səbəb olur. Bütün bunlar isə Azərbaycan ailəsinin demokratiyadan bir az kənar olmasını göstərir".

Mirzəyevanın sözlərinə görə, psixoloji vəziyyətin normal olmaması səbəbindən bu gün uşaq və yeniyetmələrdə özünə inamsızlıq, özünüqiymətləndirmə, iddia səviyyəsinin aşağı olması, müstəqil qərar verməmək kimi hallar özünü daha çox göstərir.

Просмотров: 1894 | Добавил: DUYGU | Рейтинг: 5.0/1
Всего комментариев: 10
10 gunay  
0
salam men herweyi cox ureyime saliram,aglima ne gelirse onu ureytme saliram

9 gunay  
0
sad

8 gunay  
0
sad

7 sevda  
0
angry salam menim yasim var men coox pisem bu heyati basa dusmurem daha men

5 leyla  
0
salam olar sizle sosial sebekelrin birinde ele facebookla daniwaq cox ehtiyacim var

6 DUYGU  
0
Leyla xanim burada kecirilir seanslar

3 maqa  
0
salam xaim.bes odeniwi nece elemek lazmdi??

4 DUYGU  
0
Salam odenis bang ve ya poct vasitesi ile heyata kecirilir

1 SEVA  
0
men yoldawimla piixoloqa muraciet etmek isteyirik,ancaq bu barede anlayiwimiz cox azdir,mumkunse bize kime muraciet etmeli oldugumuzu bildirinj

2 DUYGU  
0
Seva salam bizde xidmet internet uzerindendir qebul edirsinizse qeydiyyatdan kecin zehmet olmasa

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]