Главная » 2011 NOYABR 30 » Aqresiya
18:39 Aqresiya | |
AQRESSİYA--- (latınca aggredi-hücum etmək)- zamanı digər canlı varlığa zərər yetirmək və ya təhqir etmək məqsədi olur. Şərti olaraq aqressiyanı 2 növə bölürlər: düşmənçilik məqsədilə, kiməsə zərər yetirmək üçün və instrumental -məqsədə çatmaq üçün 3 yaşa qədər uşaqlarda aqressiyanın növləri: 1-2 yaşda qıcıqlandırıcı amilə qarşı(iynə vurmada, tanımadığı insanların əhatəsində) 2-2,5 yaşda öz yaşıdlarına qarşı.Özünə aid olan hər şeyi tələb edir və müdafiə edir 3 yaşda daha çox instrumental aqressiyaya rast gəlinir.Öz istəklərinə çatmaq istəyi baş qaldırır(qışqırır və ya ağlayır) SEBEBLERI Orqanik səbəblər: Beyində iltihablanma kimi problemlər aqressiyaya səbəb ola bilər. Belə bir vəziyyətdə dərmanlı müalicə lazımdır. 2. Uşağın yığılan enerjisini necə boşaldacağını bilməməsi. 3. Uşağın müşahidə etdiyi aqressiv nümunə : Bu model uşağın öz valideynləri ola biləcəyi kimi, yoldaşı, bir yaxını və ya Tv qəhrəmanı ola bilər. 4. TVdəki şiddət səhnələri: Uşağın seyr etdiyi Tv proqramları idarə altına alınmalıdır. Və ya təsadüfi seyr vəziyyətində valideynlər aqressiv səhnələri şərh etməli, doğru olmadığını vurğulamalıdır. Uşağın şiddətə məruz qalması. 6. Ailə içindəki mübahisəli mühit: Evdəki gərginlik narahatlığa və hirsə; hirs də təcavüzkarlığa səbəb ola bilər. 7. Uşağın yoldaşlarının xoşagəlməz davranışa malik olması, 8. Şiddətə təhrik edən mühit: Uşaqla lağ edilməsi kimi... 9. Valideynlərin təcavüzkarlığı gücləndirən reaksiyaları: Məsələn uşağın hirslə istədiyi şeyləri anında etmək kimi. Bu vəziyyətdə təcavüzkarlıq davranışı mükafatlandırılmış olar. 10. Sevgi ehtiyacının ödənilməməsi, uşağa kifayət lazımi marağın göstərilməməsi | |
|
Всего комментариев: 0 | |