Главная » 2012 » MART » 6 » Gestalt Terapiyası
12:05
Gestalt Terapiyası
 Gestalt psixologiyası 20ci. əsrin ilk illərində Avropada inkişaf edən və təsirlərini indiki vaxtda da davam etdirən bir psixologiya axınıdır. Bir-birindən fərqli vahidlərin inteqrasiya  yolu ilə birləşib ümumi şəkil qazanmasına Gestalt Psixologiyası deyilir.

  Hər kəs tərəfindən özünə xas olaraq qəbul edilir və hər kəs üçün fərqli bir məna daşıyır. Gestalt fəlsəfəsinə görə adam öz ehtiyaclarını ödəmək üçün ətrafıyla bir uyğunlaşma meydana gətirməyə çalışmaqdadır.Bu səbəblədir ki Gestalt yanaşması çalışarkən adam mərkəzə alınmaqla birlikdə ətrafı ilə olan qarşılıqlı təsiri də bütüncül bir şəkildə ələ alınmaqdadır.

Gestalt yanaşmasına görə:

• Hər fərd öz ətrafının bir hissəsidir və onu ətrafından ayrı olaraq anlaya bilmərik.
• Hər fərd bədən, duyğular və düşüncələrdən ibarət olan bir bütündür və bunlar bir-birləriylə əlaqəli olaraq funksionallıq qazanar.
• Hər fərd ətrafıyla təmasında yaşadıqlarının həm səbəbi, həm də nəticəsidir.
• Hər fərd öz duyğularının, düşüncələrinin və duyğularının fərqində olma tutumuna malikdir.
  • Hər fərd özünün fərqində ola bildiyi üçün, seçki etmə tutumuna da malikdir və bu səbəblə də öz davranışından özü məsuldur.
• Hər fərd özünü ancaq içində olduğu anda yaşaya bilər. Keçmiş və gələcək də, yalnız BU anda yaşana bilər. Keçmiş BU anda hatırlanarak, gələcək isə BU anda sonra olacaqlar təxmin edilərək yenə BU anda yaşanar.

Gestalt terapisinin məqsədi, adamın o anda etibarlı olan təcrübəsini yəni nə istədiyini, nə etdiyini, necə etdiyini, nə hiss etdiyini açıq olaraq qəbul etməsini təmin edərək fərqliliyini artırmaqdır. Müalicənin hər mərhələsindəki fərqindəlik; ətrafı bilmə, seçki etmənin məsuliyyətini alma, özünü bilmə və qəbul etmə bacarığıdır. Başqa bir deyişlə özü ilə və ətrafıyla təmas qura bilmə bacarığıdır.

Psixoloq Vəliyeva

Просмотров: 2651 | Добавил: DUYGU | Рейтинг: 3.0/6
Всего комментариев: 1
1 ilow  
0
salam men sizinle nece elaqe saxliya bilerem ?

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]