Главная » 2011 » DEKABR » 24 » UŞAQLARINIZA QARŞI DÜRÜST OLUN.
22:15
UŞAQLARINIZA QARŞI DÜRÜST OLUN.

Uşaqlar öz valideynlərini özlərinə model olaraq alır və onların hərəkətlərini davranış hətta jest və mimikaları olduğu kimi kopyalayıb öz üzərlərinə tətbiq edirlər.Əgər bir uşaq yalan danışırsa bunun səbəbini tək uşaqda axtarmaq düzgün deyil,əgər uşağınız 4 yaşına qədərdirsə onda demeli problem sizdən qaynaqlanır.Çünki bu yaşdakı uşaqlar hələ sosiallaşmayıb.Ailə daxilində böyüdüyü üçün,hər gün valideynlərini gördükləri üçün,ən əsası onları model kimi qəbul etdikləri üçün bu yalnış davranışlar böyük ehtimmal kiŞvalideynlərdən qaynaqlanır.Uşaqlar əslində yalan danışmaq,söyüş söymək,verdikləri sözün üzərində durmamaq kimi davranış pozuntularını özləri üçün düzgün qəbul edirlər.Bu hərəkətlərə görə cəzalandırıldıqda çaş baş qalırlar.Əslində bu davranış onlar üçün doğrudur,çünki bunu özləri üçün ideal qəbul etdikləri valideynləri edir.

  Bu cür davranışlara görə cəzalandırılan uşaqlar küsəyən,içə qapanıq,depresiyaya meyilli olurlar.Bir müddət sonra uşaqa başa saldıqda isə bu davranış yalnışdı o özünü tamamilə müdafiəsiz hiss edir.Bu dünyanı təhlükəli özünü isə aciz bilir.Belə ki o artıq özü üçün ideal hesab etdiyi valideylərini itirmiş olur və bu "yalan dünyanın” içində az qala itir.Elə buna görə də hər nə olur olsun uşağınıza yalan danışmayın,gizlətməyin,pis vərdişlərdən,söyüşlərdən yayının.Əgər bu cur davranış nümayiş etdirmisinizsə üstündən keçməyin,bunu uşağınıza başa salın,düzgün olmadığını qeyd edin əgər söz verib üstündə durmamısınızsa ən yaxın zamanda sözünüzü tutun və lazım gəlirsə üzr istəyin.

  Özünüz nümunəvi valideynsinizsə əmin olun evladınız da nümunəvi olacaq.Ən azında uşağınız sosiallaşana qədər-yəni sizdən başqa ətraf aləmdən müəyyən şeylər götürənə kimi xarakterini düzgün formalaşdırın.Təməlini sağlam edin.

Psixoloq Vəliyeva

Просмотров: 1009 | Добавил: DUYGU | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]