Главная » 2011 » NOYABR » 26 » Ziqmund Freyd
15:03
Ziqmund Freyd
Ziqmund Freyd (Almanca tələffüz: [ˈziːɡmʊnt ˈfʁɔʏt]), doğma adı ilə Sigismund Şlomo Freyd 6 May 1856 – 23 Sentyabr 1939-cu il tarixləri arasında yaşamış psixoanaliz elminin banisi avstraliyalı nevroloqistdir. Freyd ən çox özünün təhtəlşüur fikir və psixoloji repressiya mexanizmi nəzəriyyələri ilə, həmçinin fikrin tədqiqi üçün psixoanalizin klinik metodunun və pasient (yaxud "analisand") və psixoanalist arasındakı dialoqa əsaslanaraq psixopatologiyanın müalicəsinin yaradıcısı kimi tanınır.

Sonralar tez-tez psixoanaliz adlandırılan psixologiyadakı psixodinamik yanaşma Freyd tərəfindən işlənmişdir. "Psixodinamik"terminin özü şəxsiyyətin ayrı-ayrı aspektləri: instinkt, təfəkkür və şüur arasında arasıkəsilməyən mübarizəni nəzərdə tutur.

Psixoanalitik müəlliflər kişi və qadın arasındakı psixoloji fərqlərə diqqət yetirir, lakin qadın qender rollarının inkişafı barədəçox vaxt kişi inkişafı ilə bağlı təsəvvürlərə əsaslanaraq ümumi nəzəri nəticə çıxarmağa cəhd göstərirdilər. Patriarxallıq motivləri başlıca əlamət kimi bütün psixoanalizdən keçirvə qadın kiçilmiş kişi olaraq qəbul edilir.

Məşhur narkoman

Ziqmund Freydin kokainə əvvəlcə tibbi marağı olub. O kokainin dadına ilk dəfə 1884-cü ildə baxıb. Dahi psixoanalitik onun təsirindən heyrətlənib. Kokain onu depressiyadan xilas edib və özünəinamı gücləndirib. O zaman gənc alim kokaini astmanın, depressiyanın, nevrozun dərmanı kimi istifadəsini məsləhət görüb. Freyd kokainin xassələri haqda məqalələr də yazıb. Sonralar yaxın dostu Ernst fon Flyayşl kokaindən öləndən sonra o, fikrindən daşınıb. Freydə kokaindən xilas olması üçün uzun zaman lazım olub
Просмотров: 1453 | Добавил: DUYGU | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]