Главная » 2012 » FEVRAL » 10 » Xoşbəxt ailə resepti
14:34
Xoşbəxt ailə resepti

Xoşbəxt evlilik.


  Bu kəlimə çoxları üçün real deyil.Bundan əvvəl də bu mövzuda yazılarım olmuşdu.Pasientlərimin əksəriyyətində rastlaşdığım və onların ünvanladığı suallar əsasında bu mövzunu müəyyən qədər açmağa çalışacam.Xoşbəxt evlilik varmı?Bəs bunun sirri?Evlilik eşqi öldürürmü?Bəs uşaq?

  Bu suallara cavab vermək həm çox asan,həm də çox çətindir.Çünki insanlar müxtəlif olduğu üçün onların yaratdığı ailələr də müxtəlif olurlar.Çalışıb ümumiləşmə edib ümumi qadın-kişi psixologiyası haqqında ipucları verəcəm.

  Əvvəlcə qeyd edim ki,sevgi tək yaşamır.Bunun üçün qarşılıqlı hörmət,qarşılıqlı inam və qarşılıqlı diqqət.Bunları üst üstə qəbul etsəz sevgi dərmanını içmiş olursunuz.

 Sevib ailə qurmusunuzsa və ya sevgisiz fərq etmir.Bu da çoxları üçün problemdir.Lakin unutmayın qadın və kişi maqnitin əks qütbləridir.İndi olmasa da zamanla bir birilərini çəkəcəklər-yetər ki,münbit şərait yaradın.Bəs o münbit şərait nədir?-Qadın üçün evlilik romantika,sevib-sevilmək,qayğı,incə toxunuşlar,surprizlərdir.Yəni duyğu üzərində qurulmuş bir tikilidir evlilik.Onun yıxılmaması üçün ilk növbədə qadına  diqqət və qayğı lazımdır.Kişi qadının gözündə yaxşı dinləyici olmalıdır.Şərt deyil onun sözlərinə reaksiya verməsi və ya izah etməsi və ya cavab verməsi,yetərki qadın dinlənilsin.Onun kişidən tələbi budur "Sadəcə mənə qulaq assın”.Sadəcə qadını dinləyərək ona dəyər verdiyinizi ifadə etmiş olursunuz. Xoş sözlər-"Yaxşı ki qadınımsan,uşaqlarımın anasısan,səni seçdiyimə görə peşman deyiləm” bu kimi ifadələr çox zaman düşünülür bəlkə də amma dilə gətirilmir.Çəkinməyin duyğularınızı sözlə ifadə edin bu əvvəl asan gəlməsə də zamanla vərdiş edin.Özünüz təsirini görəcəksiniz.Bir cümlə qadına kifayət edir ki,kişisi üçün hər cür fədakarlığı etsin,onun qulluğunda daha əzmlə dursun,maddi çətinliyə daha dözümlü olsun.Bu ipucları sonsuza qədər davam etdirmək olar.

  Qadın üçün hisslər,duyğular önəmli olduğu halda kişi üçün cinsəllik ön plandadır.Hətta psixoloqların təbirincə desək,kişi bir ömür qadın dır-dırını eşidir,uşaq böyüdür hamısı cinsi istəyin xatirinə.Ona görə də evliliyin bir neçə ilindən sonra ,əsasən də uşaq olduqdan sonra qadınlar kişilərin bu istəyini gözardı edir və özünü tamamilə uşağına həsr edir.Məhz buna görədir ki,belə bir fikir formalaşır-uşaq oldu həyatımızın nizamı dəyişdi,əvvəlki ehtirasımız qalmadı.Əlbətdə bunda günah tək qadının deyil kişi də başqa qadınlara müraciət edir bu müddətdə cinsi təlabatını başqa yollarla ödəyir.Əslində Eşq bir ocaq kimidir qadın və kişi o ocağın ehtiyaclarını zaman zaman ödəsə o ocaq yanacaq.Əlbətdə bəzən çox alovlanıb size yandıra bilər bunun üçün də sevgidə də doza lazımdır.Bəzənsə sadəcə közərə hətta sönmə həddinə çata bilər.Amma kiçik bir dava,soyuqluğu böyütmək və artıq O məni sevmir.Sevgili,nişanlı olanda daha çox sevirdi,daha ehtiraslı ,daha diqqətli idi.Onda özünüzə bir sualı verin .Bəs mən?

Yalnış düşüncə tərzindəsiniz.Evlilikdə O deyə bir şey yoxdur.YA siz varsınız ya heçkim yoxdu!Səhvləri də bir yerdə axtarın,düzləri də bir yerdə görün.Burda önəmli olan tək şey.Kişi kişi kimi qadın qadın kimi düşünməməlidir.Kişi üçün nə önəmlidirsə qadın üçün bu ikinci planda ola bilər və ya əksinə qadın üçün.Bu çox önəmlidir.Ocağa yalnız öz ehtiyaclarınızı verərək alovlandıra bilməzsiniz.Tərəflər üçün öncəlik nədirsə bunu bilin.Mənim həyat yoldaşım üçün xoş sözmü,toxunuşmu,cinsi əlaqəmi,birlikdə vaxt keçirməkmi və s. hansı daha önəmlidirsə onu verməyə çalışın.İlk iş bunu öyrənməkdir.Elə indicə gedin bir-bir eksperiment edin hansı həyat yoldaşınız üçün önəmlidirsə öyrənin və bu yoldan gedin.Onu xoşbəxt etdikcə özünüz də xoşbəxt olacaqsız.Çünki qarşı tərəf onun üçün bir fədakarlıq edildiyini görüb o da buna can atacaqdır.Sevgililər günündə neçə illik evli yox sevgili kimi olmağı arzu edirəm sizə.Uğurlar )))

Psixoloq Gülnarə Vəliyeva

Qeyd:Psixoloqun bu məqaləsi türk psixologiya saytinda da yer alır. Aşağıdakı linkdən daxıl olub baxa bilərsiniz.

http://www.pdrevi.com/pdr-ye-dair/yazarlarımızın-gönerileri/gulnare-veliyeva-nın-yazıları/108-mutlu-evlilik-varmı

Просмотров: 2155 | Добавил: DUYGU | Рейтинг: 0.0/0
Всего комментариев: 12
11 natali kastamanova  
0
men sevib evlenmisem ama indi heqiqetende evliliyim berbat haldadi bilmirem ne edim

12 DUYGU  
0
Natali Xanim belke sehirli bir toxunus lazimdir sizin aileye.Bunu ise Psixoloqumuz Gulnare xanim ede biler.

10 ilow  
0
mencede ailede sevgi boyuk rol oynuyur,amma unutmaq olmaz ki qarsiliqli hormet ve en esasi bir-birini basa dusmek ailenin temelidir smile cox sag olun biggrin

9 Nara  
0
men eslinde kimle heyatimi,ureyimi,derdlerimi bolum bilmirem,cunki evliliyim sanki cehennem,sevib aile qurdum ama indi hersey iyrenc ve bitmis kimi

8 Nara  
0
ah ah ah ah ah ah ah

6 Nİgulka  
0
Düşünürəm ki, bu məsləhətlər doğrudur.Çünki mən də bu cür etmişəm və heyatım çox gözəlləşib.Ümumiyyətlə xöşbəxt olmaq üçün çox az şeyler lazımdı insana.İnsan həqiqətən sevəndə hər şey məqalədə göstərildiyi kimi olur.Uğurlar)

7 Psixoloq  
0
NIgulka haqlisiniz xosbext olmaq ucun elsinde cox da boyuk seyler lazim deyil insana

4 Cema  
0
men niwanliyam.duzdu yazilanlarla raziyam ama ailede zamanla ele problemler olurki bele meslehetler 2ci plana duwur.

5 DUYGU  
0
haqlisiniz Cema yazilar butun ailelere 100% uygun gelmir.Size ozel mesaj gonderilib eger Psixoloqla danismaq istyrinizse oz nikinizin uzerine girib oxuya bilersiz

3 sefeq  
0
cox xosuma geldi,insallah aile qurnda bunlardan yararlanacam

2 FAIQ  
0
salam

1 jemka  
0
bunlari oxuduqca her wey mene daha cetin gelir ele bil mesuliyyetim daha da artir.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]