Depressiya (ruhi çöküntü)
hal-hazırda cəmiyyətdə sıx görülən bir xəstəlikdir. Depressiya bəzən zehnimizdə
"depressiyadayam…. Unuduldum…" deyə dildən-dilə gəzən ifadələr olaraq
iştirak edir. Bəzən həyatın sıxlığından böhrana düşmüş, sıxılmış insanların
fotoşəkilləri olaraq zehnimizdə canlanır. Şəhər həyatı ilə və müasir
mədəniyyətlə insanların bir az daha təkləşməsi, çətinliklər qarşısında
həmrəyliyin və ailə bağlarının zəifləməsi, sosial mədəni problem olaraq
qarşımıza çıxır. Depressiyanın meydana gəlməsinə zəmin yaradır.
Yaxşı bəs hər kədərlənən insan
depressiyadadırmı? Sizə bir fikir verməsi məqsədi ilə aşağıdakı testlə bunu yoxlaya
bilərsiniz.
Depressiya Testi
Xahiş olunur testdə özünüzə uyğun hesab etdiyiniz cavabları işarələyərək,
cavablarınızın cəmi olan rəqəmi testin sonundakı şkalada qiymətləndirin.
1)Ötən iki həftədən bəri kədər, ümidsizlik, çarəsizlik, dəyərsizlik hiss
edirsinizmi?
• 0. Xeyr, hiss etmirəm.
• 1. Ağlıma hərdən kədərli bir xatirəm gəlir.
• 2. Ağlıma diqqətə çarpan şəkildə kədərli xatirələrim gəlir.
• 3. Bu testdəki ilk sualı oxuyarkən belə, böyük bir kədər içində üz ifadəm
dəyişdi, doluxsundum.
• 4. Tamamilə özümü kədərli,ümidsiz,çarəsiz,dəyərsiz, hiss edirəm.
2)Ötən iki həftədən bəri günahkarlıq duyğusu yaşayırsınızmı?
• 0. Xeyr.
• 1. Özümü günahkar hiss edir, insanları incitdiyimi düşünürəm.
• 2. Keçmişdəki səhvlərə və ya günahlara bağlı günahkarlıq düşüncələrim var.
• 3. O ankı pis vəziyyətimi bir cəza olaraq qəbul edirəm.
• 4. Günahlandırıcı və ittiham edici səslər eşidirəm.
3) Ötən iki həftədən bəri intihar düşüncələriniz varmı?
• 0. Xeyr
• 1. Həyatın yaşamağa dəyməyəcəyini hiss edirəm.
• 2. Ölmüş olmağı arzulayır və ya özüm üçün ola biləcək hər cür ölümü
düşünürəm.
• 3. İntihar düşüncələrim və ya buna istiqamətli davranışlarım var.
• 4. Hayatımda bir ya da daha çox intihar cəhdində oldum.
4) Keçdiyimiz iki həftədən bəri yuxuya getməkdə çətinlik yaşayırsınızmı?
• 0. Yuxuya getməkdə hər hansı bir çətinlik çəkmirəm.
• 1. Son 3 gecədən ən az birində yuxuya getməzdən əvvəl, yarım saatdan daha
uzun müddəti yataqda keçirirəm.
• 2. Son 3 gecədən üçündə də yuxuya getməzdən əvvəl, yarım saatdan daha uzun
müddəti yataqda keçirdim.
5)Son 2 həftədən bəri gecə oyanmaq kimi yuxusuzluq problemi yaşayırsınızmı?
• 0. Xeyr
• 1. Son 3 gecədən ən az birində gecə boyunca narahat olmaqdan şikayətlənirəm.
• 2. Hər gecə oyanıram ( tualet ehtiyacı xaricində hər yataqdan qalxışı iki bal
olaraq qiymətləndirin )
6) Son iki həftədən bəri səhər erkən oyanmaq kimi yuxusuzluq problemi
yaşayırsınızmı?
• 0. Xeyr
• 1. Səhər erkən saatlarda oyanıram. Lakin təkrar yatıram.
• 2. Yataqdan qalxdıqdan sonra təkrar yata bilmirəm.
7) Son iki həftədir iş və fəaliyyətlərinizlə əlaqədar xroniki bir problem
yaşayırsınızmı?
• 0. Xeyr
• 1. İşim ya da xobbilərimlə əlaqədar olaraq özümü qeyri-kafi hiss edirəm.
• 2. Xobbilərim ya da işimə hiss etdiyim maraq itdi.
• 3. Əlavə fəaliyyətə ayırdığım zamanda və məhsuldarlıqda azalma oldu.
• 4. Depresiv vəziyyətim səbəbi ilə işi tamamilə buraxdım.
8) Son iki həftədən bəri düşünmə və danışmada yavaşlama: konsentrasiya olmaq
qabiliyyətinin pozulması kimi problemlər yaşayırsınızmı ?
• 0. Normal danışır və düşünə bilirəm.
• 1. Bəzən bu qabiliyyətlərim axsayır.
• 2. Bu qabiliyyətlərimdə axsaqlıq var.
• 3. Münasibət qurmaqda və düşünməkdə çətinlik çəkirəm.
• 4. Bu qabiliyyətləri itirmiş kimiyəm .
9) Son iki həftədən bəri ajitasiya yəni davamlı təkrar edilən və öz bədəninizə
istiqamətli aşağıda ifadə edilən hərəkətləriniz olurmu?
• 0. Yox
• 1. Olabilər amma yüngül səviyyədə
• 2. Əllər saçlar vs. ilə oynayıram.
• 3. Ayaq üstdə gəzmədən dayana bilmir, sakit otura bilmirəm
• 4. Əllərimi ovuşdurma, dırnaq yemə, saç çəkmə, dodaq yemə.
10) Son iki həftədən bəri narahatçılıq vəziyyətiniz necədir?
• 0. Heç narahat deyiləm
• 1. Ağlıma gələn qayğı verici düşüncələrlə bağlı olaraq narahatçılıq
yaşayıram.
• 2. Kiçik şeylərdən belə narahatçılıq keçirirəm.
• 3. Hələ də qəti olaraq narahatam, üzümdə diqqətə çarpan bir tərzdə narahatlıq
ifadəsi var.
• 4. Ağlımda diqqətə çarpacaq dərəcədə həyatıma mənfi təsir edən düşüncələrim
var.
11) Son iki həftədən bəri somatik qayğı əlamətləri yaşayırsınızmı ? Bu
narahatlığa yoldaşlıq edən fizioloji əlamətlər kimi ifadə edilə bilər:
* Mədə-bağırsaq sistemində: Ağız quruluğu, həzmsizlik və s.
* Ürək və dammar sistemi problemləri: baş ağrıları.
* Tənəffüslə əlaqədar : Nəfəs alma çətinliyi, iç çəkmə.
* Tərləmə
• 0. Yox
• 1. Az
• 2. Orta
• 3. Şiddətli
• 4. Çok şiddətli
12) Son iki həftədən bəri mədə bağırsaq sistemində aşağıda ifadə edilən
çətinliklər yaşayırsınızmı?
• 0. Xeyr
• 1. İştahsızam, ancaq təkid edildikdə yeyirəm .
• 2. Başqası məcbur etmədən yeməkdə çətinlik çəkirəm .
13) Son iki həftədən bəri ümumiyyətlə, aşağıda ifadə edilən formalarda somatik
problemlər yaşayırsınızmı?
• 0-Yox
• 1. Əl və ayaqlarımda ya da bədənimin müxtəlif yerlərində, kürəkdə və ya başda
ağırlıq hissi və ya kürək ağrıları, baş ağrıları və əzələ ağrıları ya da enerji
itkisi və yorğunluq hissi var.
• 2. Açığı davamlı yorğunam; özümü tükənmiş hiss edirəm və diqqətə çarpan bir
şəkildə bundan şikayətlənirəm.
14)Son iki həftədir çəki itkisi yaşadınızmı? Bunu qiymətləndirərsinizmi?
(A və B qiymətləndirməsi edin)
A: Ümumi vəziyyətinizi nəzərdən keçirərək
• 0. Çəki itkim yoxdur.
• 1. Bir xəstəliyə bağlı çəki itirmiş ola bilərəm.
• 2. Bəli ən az üç həftədən bu yana çəki itkim var.
B- Konkret ağırlıq ölçümə əsaslanacaq şəkildə
• 0-Həftədə yarım kq dan daha az çəki itkim var.
• 1- Həftədə yarım kq dan çox çəki itkim var.
• 2- Həftədə bir kq dan çox çəki itkim var.
15)Son iki həftədə özünüzlə əlaqədar ümumi bir qiymətləndirmə etməyiniz lazım
olsa…
• 0. Deppressiv və xəstə olduğumun fərqindəyəm.
• 1. Məncə pis qidalar, iqlim, həddindən artıq iş,istirahət etmə ehtiyacı kimi
səbəblərə bağlı olaraq əhvalım pozulmuş ya da depressiyaya girmiş ola bilərəm.
• 2. Dəqiq depressiyada deyiləm.
Ballarinizi hesablayin yazin. Testin cavabini Psixoloq Vəliyeva bildirsin .
|